Laçın dəhlizinin bağlanmasına Tehranın susqunluğu - Politoloqdan şərh

25-04-2023, 08:08           
Laçın dəhlizinin bağlanmasına Tehranın susqunluğu - Politoloqdan şərh
İrandakı rejimin və İslam Keşikçiləri Korpusunun Azərbaycan əleyhinə o qədər təxribatıyla üzləşmişik ki, “nə əcəb İrandakı dairələr Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına reaksiya vermirlər” sualı beyinlərdə dolaşır.
Tehran Zəngəzur dəhlizinin əleyhinə olduğunu gizlətmir, hər zaman “qırmızı çizgilərdən” dəm vurur. Ancaq Tehran açıq şəkildə “biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsinin və sərhəd-keçid məntəqələrinin yaradılmasının əleyhinəyik” deyə bilmir, deyə də bilməz, çünki bu məntiqə ziddir, deyərlər ki, iki dövlətin öz aralarında sərhəd-keçid məntəqəsinin yaradılmasından sənə nə?
Ona görə də Tehran hələ ki, seyrçi mövqedədir. Ancaq daxilən narahatdırlar, çünki sərhəd-keçid məntəqəsinin yaradılması separatizmin sonunu yaxınlaşdıran Azərbaycanın uğurudur.
Tehran isə Azərbaycanın uğurlarından hər zaman narahatdır. Həm də ona görə narahatdırlar ki, bundan sonra Ermənistan üzərindən Qarabağa yük daşıya bilməyəcək, SEPAH təlimatçıları Azərbaycan ərazisinə daxil ola bilməyəcəklər.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru