Rusiyada federasiya sistemi nə vaxt dağılacaq? - Rus politoloq açıqladı

25-04-2023, 12:48           
Rusiyada federasiya sistemi nə vaxt dağılacaq? -
Tanınmış rusiyalı poliqtoloq Stanislav Belkovski “hesab edir ki, yaxın üç ildə Rusiya Federasiyasında daxili sistem dağılacaq...

Stanislav Belkovski; “Rusiyada daxili sistem daha bir neçə il yaşaya biləcək”.

Poliqon xəbər verir ki, bu sözləri mühacirətdə olan rusiyalı politoloq Stanislav Belkovski “Qordon” nəşrinin yaradıcısı, jurnalist Dmitri Qordonla müsahibəsində deyib.

“Düşünürəm ki, yaxın üç il müddətində Rusiya Federasiyasında daxili sistem dağılacaq. Ukraynanın indi özünəməxsus şansı var. Ukraynanın indi qlobal tendensiyalar naminə Şərqi Avropanın sınaq meydanına çevrilmək üçün unikal şansı var”, deyə ekspert qeyd edib.

Onun fikrincə, bu, postsovet iqtisadiyyatı və sovet sənaye bazası olan keçmiş Ukraynanın mövcudluğu dövründə mümkün deyildi, çünki Ukrayna elitası sovet keçmişindən möhkəm yapışmışdı. Ekspertin fikrincə, ukraynalıların hələ də Rusiya Federasiyasından deyil, keçmiş ümumi vətənindən - Sovet İttifaqından böyük psixoloji asılılıq var idi:

“İndi bu psixoloji asılılıq köhnə Ukrayna ilə birlikdə məhv edilib. Ona görə də sıfırdan ölkə qurmaq, buna köklənmək olar. Ukraynaya məsləhət vermək mənim işim deyil, amma əgər məndən ekspert kimi soruşsanız, deyərdim ki, bu, ömürdə bir dəfə baş verən tarixi şansdır”.

Belkovskinin fikrincə, belə bir şans Rusiyada da yaranacaq, ancaq o, indiki formada dağıldıqdan və rus xalqı tövbə mövzusuna müraciət etdikdən sonra yaranacaq. Onun sözlərinə görə, bu, yaxın illərdə baş verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru