Sistem çürüyəndə “müalicəısi” çətin olur, çox zaman isə “müalicə” effekt vermir, mütləq “amputasiya” lazım olur..

25-04-2023, 17:12           
· Sistem çürüyəndə “müalicəısi” çətin olur, çox zaman isə “müalicə” effekt vermir, mütləq “amputasiya” lazım olur..
Türkiyədə seçki sürəci sona yaxınlaşır, AKP səxavət kisəsini sonacan açıb sağa-sola pul paylayır, həm də vergiləri endirir – deməli, Türkiyədə inflyasiya artacaq, lirə daha da dəyərdən düşəcək.
Müxalifət də vəədlərində heç AKP-dən geri qalmır, pulsuz ev, maaş-təqaüd artımı, fermerlərə ayrıca böyük dəstək, sənayeçilərə təşviqlər, ailələrə aylıq ayrdımlar – bir sözlə, populizm ərşə çıxıb.
Müxalifətin daha bir səhvi də odur ki, “hər şey gözəl olacaq”, tezisini insanların beyninə yeridirlər, bütün günahların bir adamda olduğunu düşünürlər və bunu təbliğ edirlər. Əslində isə AKP iqtidari sistemin bütün ayarlarını pozub, idarəetmədə, iqtisadiyyatda fəlakətli vəziyyət yaranıb və istənilən halda AKP-dən sonrakı dövr ÇOX ÇƏTİN olacaq, çünki sistem islahatları çox ağrılı, mürəkkəb, hətta ilk aylar xalq üçün daha pis nəticələr doğuran olur. Yəni, sistem çürüyəndə “müalicəısi” çətin olur, çox zaman isə “müalicə” effekt vermir, mütləq “amputasiya” lazım olur ki, bu da hər zaman sancılı və ağrılı olur.
Yazdıqlarım bizə də aiddir, indiki iqtidarın ən böyük günahı sistemi institutlaşdıra bilməməsidir, işlək institutlar yoxdur, iqtisadiyyat yoxdur, hər şey tək adamın iki dodağı arasındadır – özünü hakimiyyətin opponenti elan edən bəzi siyasi qüvvələr isə populistdir, idarəetmə təcrübələri, sistemi necə gördükləri ilə bağlı aydın təsəvvürləri yoxdur, elə bilirlər ki, Əliyev gedən kimi hər şey avtomatik düzələcək. Əzbərlədikləri, amma mənasını tam anlamadıqları çox bəsit “psevdo-liberal” tezislərlə danışırlar, həddən artıq populistdirlər, idarəetmənin çətinliklərini, sistemin çürüdüyünü anlamırlar.
Həzərat, Azərbaycanda idarəetmə sistemi deyilən bir institut, iqtisadiyyat deyilən bir anlayış, media, sivil toplum, məhkəmə sistemi yoxdur – yəni, YAP-dan sonrakı dönəm çox ağrılı, çox sancılı olacaq, hətta bir müddət daha çətin, daha pis ola bilər, sistem qurulması zaman ala bilər, bu zamanı isə illərdir qaza gətirilən, “YAP gedən kimi hər şey əla olacaq”, fikrini yeridilən toplum heç kimə tanımayacaq – ona görə də, xalqla dürüst olmaq, indidən çətinliklərə hazırlamaq lazımdır. Sistemin bir çox sahəsi “metastaz” verib, kəsib-atmaqla düzəlməyəcək, sonradan “kimyəvi terapiya” da lazım olacaq ki, bunun da ağrıları çox pis olacaq. Amma dözə bilsək, populistlərə deyil də, iş bacaranlara güvənsək, təqribən 500 gündən sonra vəziyyət sürətlə yaxşılığa doğru dəyişəcək. Yox əgər populistləri önə buraxıb onlara vəziyyəti daha da bərbad etməyə imkan versək, bir müddət sonra daha sərt avtoritar rejim qurulacaq, hətta diktatura bərqərar olacaq. Tarix dəfələrlə sübut edib ki, insanlar ilk təhlükəsizlik və çörək seçirlər, azadlığı asanlıqla təhlükəsizliyə qurban verirlər, “Maslow” piramidası qaydasının ilk iki pilləsi həmişə işə düşür...
Natig Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru