Fəzail Ağamalı Vahid Əhmədovun deputat haqda hansı qanunu pozması ilə bağlı sualdan belə YAYINDI

26-04-2023, 12:52           
Fəzail Ağamalı Vahid Əhmədovun deputat haqda hansı qanunu pozması ilə bağlı sualdan belə YAYINDI
Məlum olduğu kimi Milli Məclisin deputatı Vahid Əhmədovun verdiyi müsahibə müzakirələr yaradıb. Ötən gün parlamentdə bir sıra deputatlar millət vəkilini tənqid edib. Spiker Sahibə Qafarova isə məsələnin Milli Məclisin İntizam Komissiyasında müzakirə olunması ilə bağlı tapşırıq verib.

TEREF.AZ bildirir ki, Manset.az məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında Vahid Əhmədovla bağlı məsələnin gələn həftə komissiyada baxıla biləcəyini bildirib.

"Baxacağıq yəqin ki...gələn həftə baxacağıq."

Daha sonra Fəzail Ağamalı Vahid Əhmədovun deputat haqqında hansı qanunu pozması ilə bağlı sualına belə cavab verib.

"Bu deyildi, Milli Məclisdə təklif də edildi. Fikir versəniz orda digər həmkarlarım da çıxışlar etdilər. İntizam komissiyası öz iclasını böyük ehtimal gələn həftə yığacaq."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru