Kənar güclər Bakının pasport və rüsum gedişinə də mane ola bilməyəcəklər.
28-04-2023, 11:11

Dövlət Gömrük Komitəsinin Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başlaması Bakının Xankəndinə doğru daha bir addımı kimi qiymətləndirilə bilər və bu, yaxın dövrdə tətbiq ediləcək bir sıra qərarlarla bağlı da ehtimalları önə çıxarır:
- Ermənilərin Azərbaycan pasportuna sahib olması reallaşa bilər:
Qarabağdakı ermənilər ya qondarma “pasport” daşıyır, ya da Ermənistan pasportu, bundan sonra onların Ermənistana gedişinə icazə verilsə də, geri qayıtmaq istəyənlərdən Azərbaycan pasportu tələb olunacaq;
Ki, bu da yaxın dövrdə Azərbaycan pasportlarının Xankəndində görünəcəyi gözləntisini artırır.
- Bakı humanitar yüklərin Qarabağa daşınmasına bütün şəraiti yaradır, hərçənd, gömrükçülərin posta çıxması daşınan yüklərdən rüsumun alınacağı gözləntisini də gündəmə gətirir:
Ermənistandan gələn yüklərə rüsum qoyan Azərbaycan bundan sonra erməni əhalisinin ehtiyacının təminatı ilə bağlı proqramını təqdim edəcək.
Ermənilərin ilk dövrdə bunu etirazla qarşılayacağı aydındır, lakin tədricən buna məcbur olacaqlar.Və Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının qarşısını ala bilməyən kənar güclər Bakının pasport və rüsum gedişinə də mane ola bilməyəcəklər.
Asif Nərimanli
Teref.az