"Umana görə Tanrı cəzası: Krımdakı rusiyalı hərbçilər qaçmağa hazırlaşır..."
1-05-2023, 00:16

"Krımda təlaşdır, çıxışda kilometrlərlə uzanan tıxaclar yaranıb, hökumət təyyarəsi Krımdan uçub..."
"Müvəqqəti işğal edilmiş Krımın bütün sakinlərinin yaxın zamanlarda hərbi obyektlərin yanında olmaması tövsiyə edilir..."
Aprelin 29-da Sevastopolda neft bazasında baş vermiş partlayışdan sonra şəhərdə Rusiya hava hücumundan müdafiə sisteminin strateji obyektləri mühafizə etmək qabiliyyətinin olmadığı" barədə "təlaş dolu şayiələr" yayılmağa başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Facebook" səhifəsində Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah dəqiqləşdirib ki, yanğın nəticəsində ümumi tutarı 40 min ton olan 10 neft məhsulları ehtiyat anbarı məhv edilib. Qeyd edilir ki, hadisə nəticəsində zərərçəkənlər olmayıb.
"Müvəqqəti işğal edilmiş Krımda qaynar kurort mövsümünün başlanmasını nəzərə alaraq, rusiyalı hərbi qulluqçular məzuniyyətə getmək üçün raportlar yazmağa başlayıb, bu zaman məzuniyyətlərini qitə Rusiyanın ərazisində keçirəcəkləri yerləri də göstərib", - Baş Qərargahın məlumatlarında deyilir.
Ukrayna MN Baş Kəşfiyyat İsarəsinin nümayəndəsi Andrey Yusov "RBK-Ukraina" nəşrinin jurnalistlərinə müsahibəsində qeyd edib ki, məhv edilən neft məhsulları Rusiyanın Qara dəniz donanmasının ehtiyacları üçün nəzərdə tutulub. O, partlayışı o cümlədən 5 nəfəri uşaq olmaqla Umanda qətlə yetirilən mülki vətəndaşlara görə "Tanrı cəzası" adlandırıb
"Müvəqqəti işğal edilmiş Krımın bütün sakinləri yaxın zamanlarda hərbi və təcavüzkar ordusunu təmin edən obyektlərin yanında olmaması tövsiyə edilir", - Yusov xəbərdarlıq edib.
"Sevastopolun üzdəniraq qubernatoru" Mixail Razvojayev şəhər sakinlərini "hər şeyin nəzarət altında olduğuna", Krım sakinlərinə heç bir təhlükə olmadığına inandırmağa cəhd edib.
Lakin işğal altında olan Krıma gələn rusiyalılar, görünür ki, bu bəyanatlara o qədər də inanmayıb. Artıq gündüz Kerç körpüsü rayonunda yarımadadan çıxan şəxsi avtomobillərdən ibarət növbələr yaranıb, axşama doğru növbələr bir neçə kilometrədək uzanıb.
"Deyilənə görə, bu tıxacda bir sutka keçirmək mümkündür. Hadisələrin belə inkişafına bir qədər hazır deyildik, ona görə də əhvalımız bir qədər korlanıb", - avtomobillərdən birinin sahibi deyib.
Bundan başqa, neft bazasında yanğından sonra Rusiyanın "Tu-204-300" hökumət təyyarəsi Krımdan uçub. Bu barədə "Flightradar" portalı məlumat verib. Onun uçuş istiqaməti göstərilmir.
"Krım. Gerçəkliklər" nəşri qeyd edir ki, "Rusiya" xüsusi uçuş dəstəsi Rusiyanın vəzifəli şəxsləri və xüsusi xidmət orqanları və ya Silahlı Qüvvələrinin digər vacib şəxslərinin hava nəqliyyatı ilə daşınmasını təmin edən müəssisədir və Rusiya prezidenti yanında İşlər İdarəsinə tabedir.
Xatırladaq ki, aprelin 29-da şənbə gününə keçən gecə Kaxaçya Buxta mikrorayonunda yanacaq ehtiyat anbarında yanğın baş verib. Razvojayevin deməsinə görə, neft bazasına yalnız bir Ukrayna dronu düşüb, ikincisi vurulub, onun qalıqları terminalın yanında sahildə tapılıb.
Lakin Rusiya KİV-lərinin iddiasına görə, Sevastopol Çinin 6 ədəd "Mugin" dronları ilə hücuma məruz qalıb.
"Dronların bir hissəsi vurulub, ikisi hədəfi məhv edib. Dronların birinin qiyməti 10-15 min dollardır. Korpusun 100 faiz karbondan ibarət olduğuna görə, dronu aşkar etmək çətindir", - bu bürədə Moskva vilayəti Regional İnformasiya Agetliyi məlumat verib.