Naxçıvana uçuşlar dayandırılıb - İran üstündən uçuslar yoxdur...

1-05-2023, 00:13           
Naxçıvana uçuşlar dayandırılıb -
Bakıdan Naxçıvana və əks istiqamətə uçan təyyarə reysləri təxirə salınıb. Buna səbəbin beynəlxalq hava yolunda yaranmış problemin olduğu bildirilir. Bakının Naxçıvanla hava əlaqəsi İran, yaxud da Ermənistan üzərindən keçən beynəlxalq yollarla təmin olunur. Bu təyyarələr son dövrlər İran üzərindən uçuşlar həyata keçirirdi.
TEREF.AZ yazır ki, sərnişinlərin „Gündəlik Naxçıvan“a verdiyi məlumata görə, uçuşların nə vaxt bərpa olunacağı ilə bağlı onlara dəqiq məlumat verilmir. Bakıdan Naxçıvana uçuşunu gözləyən sərnişinlərdən Aydın Bayramov deyir ki, onun uçacağı reys 10 saatdan artıqdır ki, təxirə salınıb:
„Naxçıvana gündəlik üç normal reys uçur. Mən səhər tezdən uçan reysə bilet almışam. Səhər gəldik, dedilər ki, hava yolunda problem var deyə təxirə salınır. Bizdən sonrakı iki reys də təxirə salınıb. Aeroportan bizə dedilər ki, yaxın saatlarda problem həll olunacaq. Ancaq, hələlik bir yenilik yoxdur“.
Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan da uçuşların təxirə salınmasını beynəlxalq hava yolunda yaranmış problemlə izah etdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru