Hökumət sürücülər üçün 800 manat cərimə "icad etmək" istəyir - AXI NİYƏ?!
2-05-2023, 11:38

Əksər ərazilərdə kameralar quraşdırıldığı üçün sürücülər avtomobillərini saxladıqları zaman baqajı açaraq nömrəni gizlətməyə çalışırlar ki, dayanma-durmaya görə 20 manat cərimə yazılmasın. Bir müddət əvvəl sosial şəbəkələrdə bu sürücülərin 500-800 manat məbləğində cərimə ediləcəyi ilə bağlı məlumatlar yer aldı.
TEREF.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qanunvericilikdə baqajı açmaq məsələsinə görə cərimə nəzərdə tutulmur. Dövlət qeydiyat nişanının üzərini bağlamağa görə 800 manat cərimə nəzərdə tutulur. Çünki bu yol hərəkəti haqqında qanunla qadağa olunan bir hərəkətdi.
“İnzibati xətalar məcəlləsinin 342-ci maddəsi ilə bu məsələ tənzimlənir cərimələr nəzərdə tutulur. Müdaxilənin elementləridə müəyyənləşdirilir. Burada çox ziddiyətli məsələ var. Təsəvvür edin ki, dövlət qeydiyat nişanını çıxarmağa görə, 60 manat cərimə nəzərdə tutulur. Yəni nömrəni çıxarmısınız, qoymusunuz baqaja və nömrə yerində yoxdur. Bunun üçün cərimə 60 manatdır. Amma dövlət qeydiyat nişanının üzərinə bir salfet yapışdırmaq və yaxud da bir parça atmağın 800 manat cəriməsi var. Nömrə yerindədir, sadəcə rəqəmin birinin üstünü qaralamısınız və yaxud da bir parça atırsınız ki, nömrə tam kamerada görünməsin. Bu pozuntunun cəriməsi 800 manatdır”-deyən ekspert bu məsələni məntiqsiz hedab edir. Onun fikrincə, bu məsələ ilə bağlı qanunu yazanlar qanunun niyə baş-ayaq olmasını soruşmaq lazımdır.
“Bəzən sürücülər nömrəyə müdaxilə edirlər. Məsələn nömərnin üzərində bayraq, çip və s. olmur. Və yaxud rəqəmin biri oxunmur və s. Nömrəyə müdaxilənin qarşısını almaq üçün bu önəmlidir. Bunun cəriməsi 60 manatdır. Amma digər tərəfdən dövlət qeydiyat nişanın üzərinə hər hansı bir örtük çəkməyə görə, tətbiq edilən cərimə 800 manadır. Mənə elə gəlir ki, tərsinə olmalıdır”,- deyən Elməddin Muradlının fikrincə, bu, DİN və ya yol polisinin problemi deyil. Bu məntiqsiz qanunu yazan Milli Məclisin deputatları bu məsələdə məsuliyyət daşıyır. Qanun illər əvvəl qəbul edilib, indi də ortaya suallar çıxır.
“Parklanma ilə bağlı cərimədən yayınmaq üçün vətandaşlar bunu edirsə, təsəvvür edin ki, 20 manatlıq cəriməyə görə, 800 manat cərimə yazılır. Cərimə əmələ görə yazılmalıdır”,- deyən ekspertin fikrincə, Azərbaycanda hüquqi baxımdan qanunvericilikdə boşluqlar var. Bu məsələlər zamanında həllini tapmalıdır.
“Parklanma ilə bağlı vətəndaş məcbur qalaraq, hardasa dayandığı zaman baqajı açırsa, baqajı açmağa görə kiməsə cərimə yazıla bilməz. Baqaj açılan zaman nömrə yuxarıda qalırsa, bu avtomobilin konstruksiyasında belə qeyd edilib . Yəni baqaj açıq olduğu zaman nömrə aşağıda qalmamalıdır. Əslində, çox məntiqsiz yanaşmadır”,- deyə ekspert əlavə edib.