"ŞİRVAN OİL" in rəhbəri Vladimir Oleqoviç Davlyatov, mənim ölkəmin qanunlarına hörmət et

22-07-2023, 15:23           
"ŞİRVAN OİL" in rəhbəri Vladimir Oleqoviç  Davlyatov,   mənim ölkəmin qanunlarına hörmət et
İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən:
Həm işçiyə xəsarət yetirilməsi ilə əlaqədar və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin,
Həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin,
Eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
Bu şərtlər Azərbaycan Respublikası Əmək Məcəlləsindı göstərilən şərtlərdir. Bu şərtlər yalnız işçiyə əməliyyat və ya xəstəxana məsrəflərindən ibarət deyil. Eyni zamanda:
Bir faktı da unutmaq olmaz, iş yerində xəsarət almaqla sağlamlığını itirmiş işçinin və ailəsinin bu xəsarətlə əlaqədar işəgötürən tərəfindən maddi ziyanla bərabər:
Fiziki, mənəvi, müalicə üçün xəstəxanaya gedib-gəlmək, evdə müalicə almaq, dərman iynə və digər müalicə tələbatları, nəqliyyat xərcləri, yardımçı vəsaitlı, sənədləşmə işləri və sair köməyə də ehtiyacları var.
Azər Quliyev.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.