Əliyev Çin mediasına müsahibəsində bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ...

25-07-2023, 08:38           
Əliyev Çin mediasına müsahibəsində bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ...
Əliyev Çin mediasına müsahibəsində bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıyıb. Bura Qarabağ və işğal altında olan 8 kənd (Kərki və Qazaxın 7 kəndi) daxildir.
Rəsmi Bakının tələbi Ermənistanın bunu rəsmi şəkildə təsdiq etməsi – sülh sazişinin imzalanmasıdır. İrəvan bundan qaçır, Paşinyanın Azərbaycanla müharibə ehtimalının böyük olduğu haqda dedikləri də bundan qaynaqlanır.
Ermənistan nə Qarabağda istədiyini əldə edə bilir, nə də sərhəddə. Anklavlara qarşı 1975-ci il xəritəsi üzərindən gediş etsə də - Başkəndi və sərhəd bölgəsindəki bir neçə kəndi dəyişdirmək –, gündəliyə daxil edə bilmədi.
Bu gündəliyi dəyişdirmək – şifahi qəbul etdiklərini rəsmiləşdirməmək üçün yeni situasiya ehtiyac var. Və belə bir situasiya nəticədən asılı olmayaraq, hərbi eskalasiya baş verdiyi halda mümkün ola bilər.
Asif Nerimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru