Paşinyanın separatçıları şoka salan mətbuat konfransı: - Qarabağla bağlı elə danışdı ki...

25-07-2023, 20:41           
Paşinyanın separatçıları şoka salan mətbuat konfransı: - Qarabağla bağlı elə danışdı ki...
“Uşaqların harada xidmət edəcəyi ilə bağlı qərarı mən verməmişəm”.

TEREF.AZ Cebhe.info-ya istinadla xəbər verir ki, bunu iyulun 25-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan “Kanal 5” jurnalistinin “Qarabağın Azərbaycan olduğunu nə vaxt başa düşdüyünüz? Niyə 2019-cu il avqustun 5-də “Qarabağ Ermənistandır və nöqtə” dediniz? Bizim oğlanlar Azərbaycanda və ya ermənilərin Qarabağında xidmət edib?” suallarını cavablandırarkən deyib.

Baş nazir Ermənistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəllər səsləndirdiyi tezisləri təkrarlayıb:

“Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə olmayıb”.

Paşinyan Aİ-nin himayəsi altında keçirilən görüşlərdə Ermənistanın Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıması ilə bağlı 9 noyabr Bəyanatının imzalanması üçün fundamental şərtləri, habelə Rusiya sülhməramlı kontingenti ətrafındakı vəziyyəti dəyişdirən Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinad edib. O, dekabrın 17-də Rusiya Prezidentinin mətbuat konfransında səsləndirdiyi bəyanatdan sitat gətirib:

““Beynəlxalq hüquqi baxımdan bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan özü də Dağlıq Qarabağın müstəqilliyini tanımırdı. Bu şəraiti nəzərə alsaq, Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycandır”,-bunu Vladimir Putin deyib. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olubmu ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın? Belə bir dövlət olmayıb”.

O, həmçinin 2020-ci ilin yanvarında Fransa Senatının Xarici Əlaqələr, Müdafiə və Silahlı Qüvvələr Komitəsində Minsk qrupunun həmsədri Stefan Viskont ilə görüşündən sitat gətirib:

“O deyib ki, Dağlıq Qarabağ Azərbaycanda yerləşən dağlıq anklavdır”.

Ermənistanın Baş naziri onu da qeyd edib ki, ABŞ Dövlət Departamentinin İnsan Haqları üzrə illik hesabatlarında da belə ifadələr yer alıb:

“Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın əksər hissəsinə və daha 7 Azərbaycan ərazisinə nəzarəti davam etdiriblər”.

“Bizim mövqeyimiz belə idi: beynəlxalq ictimaiyyət nə deyirsə desin, bu, bizim mövqeyimizdir və biz ona əməl edəcəyik. İndi nə dəyişib? Dəyişən odur ki, çox ağır hadisələrdən sonra özümüzə sual verdik: əgər beynəlxalq ictimaiyyətin mövqeyi belədirsə, biz bununla necə mübarizə aparacağıq? Məsuliyyət məsələsidir, bunun bütün nəticələrini başa düşürük, yoxsa yox? Təəssüf ki, biz bunu həmişə başa düşmürdük. Bəzən hətta başa düşürdülər, amma dərk etmirdilər”, - deyə Nazirlər Kabinetinin rəhbəri bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.