Moskva müdafiəsiz qalıb - Rusiya paytaxtını qorumaq üçün işlək strategiya yoxdur

26-07-2023, 00:02           
Moskva müdafiəsiz qalıb -
“Nə hava hücumundan müdafiə, nə də elektron müharibə Rusiyaya öz paytaxtının müdafiəsində kömək etmir. Ukrayna Silahlı Qüvvələri isə Rusiya Federasiyası ərazisindəki hərbi obyektlərə zərbələri davam etdirəcək”.

TEREF.AZ reyting.az-a istinadla xəbər verir ki, bunu “Spresso” hava müdafiə informasiya və konsaltinq şirkətinin direktoru Sergey Zqurets bildirib.

Onun sözlərinə görə, Moskvaya dron gəlişləri olub. Həmin gəlişlər Ukraynanın uzaqmənzilli məhvetmə və pilotsuz sistemlər yaratmaq qabiliyyəti nəzərə alınmaqla daha da artacaq.

Ekspert xatırladıb ki, bir vaxtlar ruslar Moskvada Rusiya Müdafiə Nazirliyinin yaxınlığındakı obyektlərdə yerləşən “Pantsir-S” komplekslərini fəal şəkildə nümayiş etdiriblər. “Amma Moskvaya edilən dron hücumları Rusiyanın öz paytaxtını hava hücumundan müdafiə və elektron müharibə ilə qorumaq üçün heç bir strategiyasının işləmədiyini üzə çıxarıb”,- deyən mütəxəssisin fikrincə, ruslara fərqli reallıq yaratmaq üçün media resursundan istifadə etmək daha asandır: “Onlar mövcud olan bütün təhdidləri əks etdirir, amma reallıq başqadır. Yəni Ukrayna Rusiya Federasiyası ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə yönəlmiş və Rusiya rəhbərliyinə təsir edən səyləri davam etdirəcək”.

Qeyd edək ki, iyulun 24-də səhər saatlarında Moskva naməlum PUA-ların hücumuna məruz qalıb. Rusiya paytaxtının bir çox rayonlarının sakinləri partlayış səsləri eşidiblər və Rusiya Müdafiə Nazirliyi Ukraynanı ittiham edib. Sonradan məlum olub ki, Moskvaya hücumun hədəfi Kreml, Rusiya Federasiyası Müdafiə Nazirliyinin binası və Hərbi Dəniz Qüvvələrinin Ali Komandanlığının rabitə mərkəzi olub.

Ayrı-ayrı KİV-lər yazır ki, Moskvada Müdafiə Nazirliyinin qərargahının damında olan “Pantsir-S1” Rusiya paytaxtına hücum edən pilotsuz təyyarələrdən birindən 300 metrdən az məsafədə olsa da, onu vura bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.