Moskva sülh istəmir, heç Vaşinqton da... - deputat

26-07-2023, 00:03           
 Moskva sülh istəmir, heç Vaşinqton da... - deputat


Moskva sülh istəmir, heç Vaşinqton da... - deputat
Tarix: Bu gün, 19:00 | Çap et
Moskva sülh istəmir, heç Vaşinqton da...
Bugün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Danışıqlarda Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə olunacaq.

Rusiya XİN-dən bildirilib ki, nazirlər həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas məsələlərini, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ekspert və cəmiyyət xətti ilə təmaslar, parlamentarilərin dialoqunun başlanmasını müzakirə edəcəklər. Məlumata görə, S.Lavrovun Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə ikitərəfli danışıqlarında Rusiya-Azərbaycan və Rusiya-Ermənistan arasında aktual əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq. Bura siyasi, ticarət-iqtisadi və humanitar sahələri əhatə edən məsələlərin müzakirəsi daxildir. Xatırladaq ki, "ekspert və cəmiyyət xətti ilə təmaslar" və "parlamentarilərin dialoqu" məsələsi müxtəlif adlarla əvvəllər də gündəmə gəlib. İndiki məqamda Moskvanın görüş təşəbbüsü və müzakirə olunan bu məsələlər ümumi sülh prosesinə töhfə verəcəkmi?

TEREF.AZ-ın məlumatına görə, millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, sülhə nəyin töhfə verib-verməyəcəyini söyləmək çətin məsələdir.

Deputat bildirib ki, görüşlərin gedişindən Moskvanın niyyətinin problemin həlli istiqamətində addımlar atmaq olduğunu çıxartmaq çətindir:

"Heç Vaşinqtondan da bu niyyətlərin olduğu tam mənada aydınlaşmır. Çünki belə bir niyyət olsaydı, Ermənistana kiçik bir təzyiq kifayətdir ki, hər iki cinahdan İrəvan sülh danışıqlarına gəlsin. Moskva görüşü Vaşinqton görüşündən sonranı izləyən bir prosesdir. Həm də buna beynəlxalq güclərin rəqabəti kimi baxılmalıdır, nəinki bizim maraqlarımızın təmin olunması üçün faydalı bir imkan kimi. ABŞ və Rusiyanın beynəlxalq səviyyədə müəyyən problemlərə münasibətdə fərqlilik nümayiş etdirmə və problemin həllinə kimin daha çox yaxın olduğunu isbatlamaq məqsədi güdən bir istiqamət qabarır. Ona görə də bu məsələdə umacağımız bir nəticə olmamalıdır. Nəticələrdən daha çox gedişatda hansısa xırda məsələlər üzərində mövqeyimizin möhkəmlənməsinə çalışmalıyıq. Çünki burada mövqe savaşı, taktiki savaş gedir. Strateji savaş ABŞ, Rusiya və Avropa Birliyi arasında aparılır. Taktiki savaşda xırda itkilərə yol verməməliyik. Ekspert rəyi dedikdə, daha çox konkret mövzu ilə məşğul olan xüsusi qurumların fəaliyyətindən söhbət gedir. Digər tərəfdən cəmiyyətlərin əlaqəsi, parlamentlərarası dialoqun qurulması ənənəvi və qəbul olunan istiqamətlərdir. Məncə, bütün bu məsələlər işin irəliləməsi üçün faydalıdır. Amma görüşləri təşkil edən ölkələr buna nə dərəcədə maraqlıdır, bu, biraz sual doğuran məsələdir. O baxımdan rahatlıqla nəticə gözləməyimiz bizi yanlış istiqamətə apara bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.