Rusiya, Azərbaycan və Ermənistan xarici işlərinin nazirlərinin üçtərəfli görüşündə maraqlı hadisə yaşanıb

26-07-2023, 10:54           
Rusiya, Azərbaycan və Ermənistan xarici işlərinin nazirlərinin üçtərəfli görüşündə maraqlı hadisə yaşanıb
Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlərinin nazirlərinin üçtərəfli görüşündə maraqlı hadisə yaşanıb. Çıxışa hazırlaşan Rusiya xarici işlər naziri Sergey Lavrova yaxınlaşan müşaviri ona “keçmiş DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) termini azərbaycanlıların xoşuna gəlməyə bilər” deyib. Bundan sonra Sergey Lavrov mikrofonun açıq olduğunu görüb və onu söndürüb.
Məsələnin bir neçə maraqlı tərəfi var. Birincisi, Lavrov çox yaxşı bilir ki, Azərbaycan prezidentinin fərmanıyla Dağlq Qarabağ adında çoğrafi ərazi ləğv olunub, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur, ancaq Rusiyanın xarici işlər naziri heç zaman bu terminlərdən istifadə etmir. Lavrov nazirlərin bugünkü çıxışında «Dağlıq Qarabağ» ifadəsi işlədib. İkincisi, müşavir Lavrovun qulağına “bu termin Azərbaycanın xoşuna gəlməyəcək” çümləsini pıçıldayıbsa deməli, Lavrov və onun müşavirləri Azərbaycanın xoşuna nəyin gəlmədiyini dəqiq bilirlər, sadəcə yenə öz bildikləri terminlərdən istifadə edirlər. Lavrov Ceyhun Bayramovla görüşdə də çıxışının bir yerində “Dağlıq Qarabağ” ifadəsi işlədib. Azərbaycan Xarici İşlər Nazirliyi bir dəfə həmin müşavirə izah etməlidir ki, gələn dəfə Lavrovun qulağına pıçıldasın ki, Rusiyanın xarici işlər naziri Azərbaycan prezidentinin qərarına hörmətlə yanaşaraq “Dağlıq Qarabağ” əvəzinə Qarabağ ifadəsi işlətsin.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.