Bu dəfə deputat Məhəmməd peyğəmbəri təhqir etdi

28-07-2023, 13:48           
Bu dəfə deputat Məhəmməd peyğəmbəri təhqir etdi
İsveç Parlamentinin Ədliyyə Komitəsinin sədri və ifrat sağçı deputat Riçard Comşofun sosial media hesabında Məhəmməd peyğəmbəri təhqir edən yazılarına ölkədəki ana müxalifətdən reaksiya gəlib.

Publika.az xəbər verir ki, polis isə Stokholmdakı İsrail səfirliyi qarşısında Tövratın, İsveç parlamentinin qarşısında isə Quranın yandırılmasını tələb edən insanlara icazə verib. Məlumata görə, İsveç Parlamentinin Ədalət Komitəsinin sədri və ifrat sağçı İsveç Demokratlar Partiyasının (SD) millət vəkili Riçard Comşof Qurani-Kərimin yandırılması ilə bağlı təxribatların qarşısını almaq üçün İsveçdə yaşayan müsəlmanlardan gələn dialoq çağırışlarına cavab verərkən Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz ifadələr yazıb.

Ölkənin əsas müxalifət partiyası olan Sosial Demokrat Partiyasının rəhbəri Maqdalena Andersson bu posta sərt reaksiya verib və bildirib ki, Comşof dərhal Parlamentin Ədalət Komitəsinin sədri vəzifəsindən istefa verməlidir. Andersson, "Comşof dəfələrlə kitab yandırmağa təhrik edib və birbaşa İslam dünyası ilə müxtəlif polemikalara girib. İsveçin təhlükəsizliyi üçün Riçard Comşof dərhal Ədalət Komitəsinin sədri vəzifəsindən istefa verməlidir" , , - deyə o bildirib.

Sosial Demokrat Partiyasının sözçüsü Morqan Yohansson da "Aftonbladet" qəzetinə verdiyi açıqlamada Comşofun vəzifəsində qala bilməyəcəyini və istefa verməli olduğunu bildirib. İslam dünyası ilə İsveç arasındakı müqəddəs kitab yandırma böhranına diqqət çəkən Yohansson, Comşofun böhranı dərinləşdirdiyini və vəzifəsindən istefa verməli olduğunu vurğulayıb. İsveçin ədliyyə naziri Qunnar Strömmer bildirib ki, Comşofun yazısına münasibət bildirməyəcək və özündən başqa heç kimə görə məsuliyyət daşımayacaq.

Digər tərəfdən, Comşof dünən sosial media hesabında paylaşdığı paylaşımında Türkiyə əsilli siyasətçi, İsveç Fərqli Rənglər Partiyasının (Nüans) sədri Mikayıl Yükselin ölkəni tərk etməsi üçün çağırış edib. Yüksel sosial media hesabından Quran yandırılması qadağan olunana qədər müsəlman ölkələrinin İsveç mallarını boykot etməsini bölüşmüşdü. Yüksel açıqlamasında Comşofun daha əvvəl də fikirlərinə görə onu "vətən xaini" elan etdiyini, Comşof haqqında şikayət etdiyini bildirib.

Bundan əlavə, İsveç dövlət televiziyası "SVT", 50 yaşlarında bir qadının cümə günü İsrailin Stokholmdakı səfirliyi qarşısında Tövratı yandırmaq üçün polisdən icazə aldığını açıqlayıb. Polis aksiyada qadından başqa 3 nəfərin də iştirak edəcəyini bildirib. Daha əvvəl ölkədə Quran yandıran İraq əsilli Salvan Momikaya da iyulun 31-də İsveç parlamentinin qarşısında bunu etmək üçün icazə verilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.