"Euronews" Şuşadakı Qlobal Media Forumu ilə bağlı reportaj hazırlayıb - VİDEO

29-07-2023, 09:54           
"Euronews" Şuşadakı Qlobal Media Forumu ilə bağlı reportaj hazırlayıb - VİDEO
"Euronews" telekanalı Şuşa Qlobal Media Forumu ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə yeni media” mövzusunda reportaj hazırlayıb.
reportajda qeyd edilir ki, beynəlxalq tədbirdə ekspertlər, sahibkarlar və media nümayəndələri də daxil olmaqla yüzlərlə nümayəndə iştirak edib.

Panel iştirakçıları dezinformasiya, jurnalistlərin təhlükəsizliyi, ənənəvi və yeni media arasındakı fərqlər, AI-nin jurnalistikaya təsirini müzakirə ediblər.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru