MİDA-nın ciddi olaraq araşdırmalı olduğu daha problem haqqıda

30-07-2023, 10:04           
MİDA-nın ciddi olaraq araşdırmalı olduğu daha problem haqqıda
Həm mənim səhifəmdə, həm də ümumiyyətlə sosial mediada paylaşımlardan görünür ki, bu gün baş tutan onlayn satışda daha bir problem CAPTCHA - da olub.
Paylaşılan videolardan 2 problemin olduğu görsənir :
1. Görüntülərdə CAPTCHA-nı doldurmadan da növbəti mərhələyə keçid etməyin mümkünlüyü görsənir
2. CAPTCHA-nın kodlarındakı hansısa rəqəmi seçdikdə real olaraq digər rəqəmin seçildiyi görsənir
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, MİDA-nın təhlükəsizlik məqsədilə CAPTCHA dəyişikliyi məqbul və ağlabatan hesab oluna bilər.
Amma , əgər videoda qeyd olunanlar, hansısa bir süni yaradılmış prosesin deyil, real satış prosesinin görüntüləridirsə, düşünürəm ki, prosesin obyektivliyi və şəffaflığından şübhələnmək üçün ciddi əsaslar yarana bilər.
MİDA ağlabatan formada göstərməlidir ki, bu videolar süni yaradılmış prosesin görüntüsüdür, yoxsa real prosesin.
Beləliklə, bir daha vurğulamaq istərdim ki, MİDA-nın mənzil seçənlərin statistikasını açıqlamadan öncə həm "mənzil seçimində donma" , həm də "CAPTCHA" problemini daxil olan şikayətlər əsasında , mütəxəssislərin və kritik infrastruktura cavab verən qurumların iştirakı ilə araşdırması və cəmiyyətə ağlabatan bir açıqlama verməsi doğru olardı.
Əks halda, bir daha vurğulamaq istərdim ki, bütövlükdə MİDA sisteminin özünün düzgün işləməsindən şübhələnmək üçün əsaslar yarana bilər.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru