Azərbaycan dilinin milli korpusunu kim hazırlayır, yaxud hazırlamalıdır?

2-08-2023, 00:11           
Azərbaycan dilinin milli korpusunu kim hazırlayır, yaxud hazırlamalıdır?
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Dərhal yadıma düşdü ki, cari ilin əvvəli "Azərbaycan dilinin İKT problemləri" mövzusunda keçirilən bir elmi konfransda AMEA rəhbərliyi Azərbaycan dilinin milli korpusunun yaradılması ilə bağlı ayrıca bir tərbir keçirməliydi, lakin indiyədək bu reallaşmayıb.
Xatırlayıram ki, həmin konfransda bu problemin konkret kim tərəfindən həll olunacağı məlum olmadı.
Bununla bağlı sualıma verilən cavabdan yadımda qalan budur ki, Dilçilik İnstitutu, İT institutu və İdarəetmə Sistemləri İnstitutu (keçmiş Kibernetika ) vəsait olarsa bunu həll edə bilərmiş kimi görünürdülər.
Dünya sürətlə irəliləyir.
Süni intellekt, maşın öyrənməsi, böyük dataların emalı və ondan faydalanmaq istiqamətində işlər daha sürətlə inkişaf edir. Amma biz bu istiqamətdə çox geri qalırıq.
Ana dilimizdə süni intellekt həllərinin və NLP ( təbii dilin emalı) layihələrin inkişafı üçün, Ana dilimizdəki mətnlərin emalı və riyazi-statistik təhlili üçün, kompüter dilçiliyinin inkişafı üçün bir nömrəli məsələ milli korpus və onun inkişafı məsələsidir.
Yeri gəlmişkən, hazırda biz həm də YeniMedia Monitorinq və Təhlil Sistemi üzərində çalışarkən, adi bir məsələni, hansısa bir xəbərin pozitiv, neqativ və yaxud neytral olmasını müəyyən edən süni intellekt həlli hazırlayarkən bunun necə vacib olmasının bir daha şahidi oluruq.
Müşahidələr göstərir ki, ayrı-ayrı mütəxəsisslər, qruplar tərəfindən milli korpusun yaradılması istiqamətində müəyyən işlər görülüb, müəyyən addımlar atılıb.
Hətta milli korpusun bəzi versiyalarının hazırlandığı da bildirilir.
Lakin səlahiyyətli bir qurum ortaya çıxıb, qollarını çırmalayıb bu işi bitirməlidir.
Azərbaycan dilində mövcud olan nəhəng data bir yerə toplanmalı, bu işə ciddi resurslar ayrılmalı, mütəxəssislər cəlb etməli, onun üzrərində tədqiqatlar aparılmalı, modellər işlənməli, istifadə üçün faydalı bir hala gətirilməlidir.
Kim edəcək bu işi?
1 Avqust -Ana Dili Günü üçün bu sual indi də çox aktualdır.
Təəssüf ki, hələ də bu sualın konkret cavabı yoxdur.
Düşünürəm ki, Prezident Administrasiyasının müvafiq şöbəsi, AMEA və RİNN bu sahədə ixtisaslaşan özəl sektoru, mütəxəssisləri də bir araya toplamaqla, resurslar ayırmaqla bu problemin həlli üçün bir Yol Xəritəsi müəyyən etməlidir.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.