Baş re4daktor İnam Kə\rimova müraciət etdi:"Barəmdə çıxarılan hökmün hər tərəfindən prosessual qayda pozuntuları yağır. "

3-08-2023, 09:24           
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun nəzərinə
Cinayət Prosessual Məcəllənin 183-cü maddəsində deyilir:
"Mülki iddianın verilməsi
183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər".
Burdan belə anlaşılır ki, xüsusi ittiham qaydasında aparılan məhkəmə prosesi zamanı mülki qaydada şikayət tərəflərin çıxışları başlayandan sonra verilə bilməz.
Sara Əzimova isə mənə qarşı mülki iddianı çıxışımı bitirəndən çox-çox sonra qaldırmışdı. Hakim də öz növbəsində CPM-nin bu müddəalarını pozaraq şikayəti icraata götürdü. Bu da azmış kimi, məhkəmənin son günü özünün çıxardığı hökmü də saxtalaşdırdı. Şifahi şəkildə oxunan hökmdə qeyd olunmadığı halda hökmün mənə təqdim olunan yazılı variantında mülki şikayətin qismən təmin edildiyi bildirilir və məndən "üzr istəmə" tələbi irəli sürülür.
Ən maraqlısı isə nədir, bilirsiniz? Hakimdən fərqli olaraq, Sara Əzimovanın vəkili CPM-nin tələblərinin pozulduğundan xəbərdar imiş. Adam üstü açılar deyə, hazırladığı mülki şikayət ərizəsinə tarix belə qoymayıb. Yazılma tarixi qeyd olunmayan şikayət ərizəsinin icraata götürülməsi isə bir başqa qanun pozuntusudur.
Bir sözlə, barəmdə çıxarılan hökmün hər tərəfindən prosessual qayda pozuntuları yağır.
Möhtərəm hakim Nərminə xanım Rzayeva, Sizdə zərrə qədər günah görmürəm. Günah sizə hüquqşünas diplomu verib hakim kürsüsündə oturdandadır. İnşallah, Sara xanımla məsələmiz bitsin, necə gəlib hakimlik kürsüsündə oturmağınızı araşdırmaq istəyirəm. Ümid edirəm ki, Siz özünüz də bu araşdırmada mənə lazımi dəstək verərsiniz.
Heyder Oguz
Teref.az
Baş re4daktor İnam Kərimova müraciət etdi:"Barəmdə çıxarılan hökmün hər tərəfindən prosessual qayda pozuntuları yağır.  "












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.