ANCA "Atatürk" filmini yayından çıxartdırdı:"Bu "vətəni" xilas edirmi? Əlbəttə yox!"

3-08-2023, 17:09           
ANCA "Atatürk" filmini yayından çıxartdırdı:"Bu "vətəni" xilas edirmi? Əlbəttə yox!"
Xəbər verdiyimiz kimi, Amerika Erməni Milli Komitəsi (ANCA) "Disney"i müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən serialı yayımlamamağa çağırmışdı.

Adalet.az xəbər verir ki, hazırda Ermənistan iyrənc "çağırışında" uğur qazandığını elan etdi. Beləki, “Disney Plus”ın ABŞ-dakı erməni lobbisinin təzyiqi nəticəsində “Atatürk” serialını platformaya qoymaqdan vaz keçdiyi bildirilib.

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə maraqla gözlənilən “Atatürk” serialının noyabr ayında kinoteatrlarda nümayiş olunacağı gözlənilirdi. 6 seriyadan ibarət olan filmə "Disney Plus" 8 milyon dollar xərcləyib.


Deputat Kristina Vardanyan erməni lobbisinin bu "uğur"undan yazıb: "Bu vətəni xilas edirmi?Əlbəttə yox!

Bu, türk təbliğatının təsirini azaltmağa kömək edirmi? Bəli.!
Türkiyə təbliğatının təsirini azaltmaq bizim əsas mübarizəmizə kömək edir? Bəli!

Belə hallar göstərirmi ki, bizim imkanlarımız və kollektiv qabiliyyətlərimiz müxtəlif problemləri həll etməyə imkan verir?Bəli!

ANCA, Aram Hampariyan işiniz üçün təşəkkür edirik"

Qeyd edək ki, ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş bütün addımın arxasında mütləq erməni lobbisinin və diaspor təşkilatlarının durur. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir ki, “907-ci düzəliş”ində ( 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir) bu təşkilatın fəaliyyəti böyük olub. Daha dəqiq desək, hazırda qondarma erməni soyqırımının ABŞ-ın 50 ştatında tanınmasında və prezident Co Bayden tərəfindən “soyqırım” olaraq təsdiq edilməsində bu təşkilatın işi ermənilər üçün “misilsiz xidmət” kimi qiymətləndirilir...

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.