General Rusiya desantlarının itkilərini açıqlayıb, onun fəaliyyəti əngəllənib - MTİ

4-08-2023, 15:08           
General Rusiya desantlarının itkilərini açıqlayıb, onun fəaliyyəti əngəllənib - MTİ
Rusiya general-polkovniki, Hərbi Hava Desant Qüvvələrinin komandanı Mixail Teplinskiy Ukraynaya qarşı müharibədə rus desantlarının itkilərini açıqlayıb. Lakin bir neçə saatdan sonra onun video mesajı bloklanıb.
Bizimyol.info xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (MTİ) məlumatına görə, hərbi rəhbər tabeliyində olan qoşunlar arasında itki statistikasına istinad edərək, Müdafiə Nazirliyini növbəti dəfə açıq şəkildə tənqid edib. Teplinski Hava Desant Qüvvələri Günü münasibətilə videomüraciətində bildirib ki, Ukraynada cəbhədə müharibə başlayandan bəri ən azı 8500 rus paraşütçü yaralanıb.

“Bu, Rusiya rəsmilərinin müharibənin gedişi ilə ört-basdır etməyə çalışdıqları nadir rəsmi açıqlamadır”, - deyə analitiklər qeyd edir.

Lakin “Zvezda” təbliğat kanalı Teplinskinin bu çıxışını tez bir zamanda sildi. Rusiya mənbələri bunun məhz onun elan etdiyi itkilərin sayı ilə bağlı olduğunu iddia edib.

Eyni zamanda, BBC və Mediazona bildirir ki, iyulun 30-na Ukraynada azı 1800 rusiyalı desant məhv edilib. Ölən və yaralananların nisbəti Ukraynadakı Rusiya qüvvələri üçün orta hesabla 1/3 (hətta bir az da çox ola bilər) təşkil edir.

Analitiklərin fikrincə, Rusiya Müdafiə Nazirliyi Teplinskinin yeni desant birləşmələri ilə bağlı təfərrüatları açıqlamasına senzura qoymağa çalışıb, çünki müdafiə naziri Sergey Şoyqu və digər hərbi rəsmilər əvvəllər başqa birləşmələrin yaradılmasını müzakirə ediblər, lakin onların adlarını və bölmələrin dəqiq tabeliyini açıqlamayıblar.

MTİ xatırladıb ki, bu, Teplinskinin Baş Qərargah və Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı çıxdığı ilk hal deyil.

Fevralın 23-də, Vətənin Müdafiəçisi Günü adlanan gündə də general-polkovnik Rusiyanın Ukraynadakı itkilərinin miqyası ilə bağlı Baş Qərargah rəisi Valeri Gerasimovu tənqid edib.

Bir neçə həftə əvvəl Teplinskinin işdən çıxarılması və hətta öldürülməsinə hazırlıq barədə şayiələr yayılıb. Lakin ötən gün komandir yenidən ictimai məkanda görünüb və iki yeni hava desant alayının formalaşdırılmasından və 104-cü diviziyanın yenidən yaradılmasından danışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.