“Hakan Fidan Ermənistanla müharibə vaxtı...” – İngilislərdən şok iddia

5-08-2023, 12:57           
“Hakan Fidan Ermənistanla müharibə vaxtı...” – İngilislərdən şok iddia
Türkiyə xarici işlər naziri təyin edilən Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş rəhbəri Hakan Fidan dünya mediasının gündəmindən düşmək bilmir.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bu dəfə Britaniyanın “Middle East Eye” nəşrinin təsisçisi və baş redaktoru David Herst Türkiyənin baş diplomatı haqda yazıb.

Məqalə “Türkiyə xarici işlər naziri yeni dünya nizamını necə formalaşdıra bilər?” adlanır.

Herst MİT-i peşəkar, etibarlı və uğurlu quruma çevirən Fidanın son 13 ildə təşkilatı təhlükələrə qarşı effektli şəkildə yenidən qurduğunu bildirib.

“Fidanın sirri odur ki, özünü təkcə dövlətin xidmətçisi kimi yox, himayəçisi kimi də görür. Xarici İşlər Nazirliyinə keçməzdən əvvəl MİT-in əlində münaqişə bölgələrinə dair bəzi mühüm dosyelər vardı. Ermənistanla son mübarizəsində (44 günlük müharibə) Azərbaycanın qələbəsində mühüm rol oynayan təşkilat oldu. Liviyada Rusiyanın muzdlu qruplaşması “Vaqner”ə və qiyamçı general Xəlifə Haftara qarşı Türkiyənin uğurlu addımlarını müəyyən edib. Ukrayna ilə Rusiya arasında ləğv edilmiş taxıl müqaviləsi və çoxsaylı əsir mübadiləsi ilə bağlı danışıqlar aparıb”, - məqalədə deyilir.

Herst məqalənin davamında qeyd edir:

“Fidanın ən çətin işi qarşıdadır. Köhnə dünya nizamı yavaş-yavaş sona çatır, amma NATO-nun bundan xəbəri yoxdur deyəsən. Bununla belə, yeni dünya nizamı hələ formalaşmaqdan çox uzaqdır. Əvəzində itirilmiş əraziləri geri almağa çalışan Ukrayna qoşunlarının qarşısında sıx və tələlərlə dolu diplomatik mina sahəsi var”.

Dünyanın bloklara bölünməsi (demokratiya və avtoritar rejimlər) konseptual model kimi birinci maneəyə düşür. Liberal demokratiyalar öz həyat tərzlərini qorumaq üçün etnik azlıqlara qarşı liberal münasibətlərindən əl çəkirlər və xaricdə daha çox müdafiəçiyə çevrilir. İnsan haqlarının ən ciddi şəkildə pozulması yardım və silah satışı ilə mükafatlandırılır.

Bunun üçün nəzakət, zəka və məlumatı dinləyib qiymətləndirmək bacarığı lazımdır. Bunun üçün şəxsi münasibətlər qurmağa vaxt ayırmış və xarici siyasəti həyata keçirmək üçün imkanları olan biri lazımdır. Eləcə də, xarici siyasətə səs və forma verə bilən kəşfiyyat lazımdır. Türkiyənin xarici işlər naziri bu xüsusiyyətlərə malikdir. Digər həmkarlarının onu və Türkiyəni ciddi qəbul etmələri faydalı olardı”.

Herst onu da vurğulayır ki, Hakan Fidanın rəhbərlik etdiyi MİT-ə sıza bilməyən Fəthullahçı Terror Təşkilatı (FETÖ) digər təhlükəsizlik qurumları, məhkəmə sistemi və media sektorunda nüfuz sahibi olmasına baxmayaraq, 2016-cı ildəki çevriliş cəhdi zamanı ilk olaraq MİT-in Ankaradakı binasını hədəfə alıb. Uğursuz çevriliş cəhdi zamanı hər kəs Hakan Fidanın öldürüldüyünü düşünsə də, MİT-in o zamankı rəhbəri bu avantüranın qarşısının alınmasında kilid rollardan birini oynamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.