İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri hazırlanacaq

5-08-2023, 16:48           
İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri hazırlanacaq
İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Normativ hüquqi aktlar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabineti 2 ay ərzində . normativ hüquqi aktın layihəsinin hazırlanmasını, razılaşdırılmasını və normayaratma orqanına təqdim olunmasını təmin edən informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru