Ermənilər bu hiyləyədə əl atdılar...FOTOFAKT

6-08-2023, 08:46           
Ermənilər bu hiyləyədə əl atdılar...FOTOFAKT
Erməni yazar Samvel Hovhannisyan:
“Möhkəm ola bilmiriksə, çevik olmalıyıq, güclü ola bilmiriksə, hiyləyə əl atmalıyıq. Açığını deyim ki, xalqımız heç vaxt hiyləgərlik keyfiyyətinin yoxsulluğundan şikayətlənməyib, ona görə də biz tez-tez zarafatların, lətifələrin qəhrəmanına çevrilmişik”.
Maraqlı nədir, bilirsinizmi? Hovhannisyan yuxardakı fikirlərini cəmi 2 gün əvvəl yazıb. Dünən axşam isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan “Twitter”də guya huşunu itirmiş bir Qarabağ sakininin fotosunu paylaşıb. Yəni anında hiyləgərlik strategiyasını həyata keçirməyə başlayıblar.

Erməni “artistliyi”
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan “Twitter”də guya huşunu itirmiş bir Qarabağ sakininin fotosunu paylaşaraq yazıb:
“Dağlıq Qarabağda insanlar hər gün qida çatışmazlığı səbəbindən huşlarını itirirlər. Bunun üçün birbaşa Azərbaycan rəhbərliyi məsuliyyət daşıyır və beynəlxalq ictimaiyyət insanların həyatını qutarmaq üçün heç nə etməməklə bu məsuliyyəti onunla bölüşür”.
Heyder Oguz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru