Bu gün Vaşinqton və London Bakı ilə tərəfdaş, Tehranla düşməndirlər

7-08-2023, 09:04           
Bu gün Vaşinqton və London Bakı ilə tərəfdaş, Tehranla düşməndirlər
İrandakı rejim Amerikanı “baş şeytan” adlandıraraq bu ölkəyə qarşı düşmənçilyini davam etdirir. Halbuki, hazırki İran məhz ABŞ və onun müttəfiqi Böyük Britaniyanın səyləri nəticəsində 1940-cı illərdə ərazi bütövlüyünü qoruya bilib.
İran şahı o illərdə Vaşinqtona və Londona yalvarırdı ki, sovet qoşunları Güney Azərbaycanı tərk etsin. Vaşinqtonun və Londonun keçmiş SSRİ diktatoru Stalinə davamlı təzyiqləri olmasaydı İran xəritəsi bu gün fərqli olacaqdı.
Vaşinqton və London o illərdə Güney Azərbaycanın muxtariyyətinə və müstəqilliyinə mane oldular. Düşünürdülər ki, Güney Azərbaycan keçmiş Azərbaycan Sovet Sosialist Respublikasına, yəni SSRİ-yə birləşəcək, bu isə Moskva ilə mübarizədə məğlubiyyət demək idi.
Bu gün Vaşinqton və London Bakı ilə tərəfdaş, Tehranla düşməndirlər. İrandakı bugünkü rejim isə 1940-cı illərdən fərqli olaraq Qərbin deyil, Kremlin strateji tərəfdaşıdır. Görəsən, Vaşinqton və London 50 il sonra SSRİ-nin dağılacağını, şahın yerində isə İslam rejiminin qurulacağını bilsəydilər, Güney Azərbaycanın formalaşmasına mane olardılarmı?
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.