İnternetin keyfiyyətinə cavabdeh olan departamentə rəhbər təyin edilib

23-08-2023, 00:07           
İnternetin keyfiyyətinə cavabdeh olan departamentə rəhbər təyin edilib
İKT sektorunda uzun illərdi ki ən problemli məsələ xidmətlərin keyfiyyəti olub. Xüsusən də uzun illərdi ki, internetin keyfiyyəti aktual məsələ olaraq qalır.
Son bir neçə ildə internetə və digər telekom xidmətlərə əlçatanlıq da getdikcə artır və keyfiyyət məsələsi daha da əhəmiyyət kəsb edəcək.
Bu sahəyə cavabdeh qurum isə RİNN-nin İnformasiya Komminikasiya Texnologiyaları Agentliyidir.
Müşahidələr göstərir ki, yeni Agentlik telekommunikasiya xidmətlərinin keyfiyyətinə nəzarəti gücləndirmək niyyətindədir.
Agentlik son zamanlar bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb.
Provayderlərlə sistemli olaraq görüşlər keçirilir, problemlərinə diqqət yetirilir, onlar uçota alınır, uçota durmayanlar cərimələnir və s.
İKTA sektorda göstərilən xidmətlərin keyfiyyət standartlarının hazırlandığını da açıqlayıb.
Qurum tərəfindən beynəlxalq təcrübə əsasında “Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda”lar hazırlanıb.
Hələlik bu Qaydalar təsdiqlənməyib.
Məlum olduğu kimi İKTA-nın strukturunda məhz bu istiqamət üzrə ayrıca departament -
Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqlarının qorunması departamenti də yaradılıb.
Bu günlərdə isə bu departamentə yeni təyinat olub. Nail İsmayılov İKTA-nın Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqlarının qorunması departamentinə müdir təyin edilib.
Nail İsmayılov əvvəllər ASAN Xidmətdə -Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışıb, xeyli müddət Kənd Təsərrüfatı Nazirliyinin İT şöbəsinə rəhbərlik edib.
Ümid edirəm İKTA tənzimləyici qurum olaraq tez bir zamanda sektorda xidmətlərin keyfiyyətini yüksəldə biləcək.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru