"Sanki “Pegasus” deyil də, “Yezidus Airlines”-dir.."

23-08-2023, 08:34           
"Sanki “Pegasus” deyil də, “Yezidus Airlines”-dir.."
Bu gecə “Pegasus Airlines” şirkəti ilə 2 uçaq dəyişməklə Bakıya çatdıq, vətəndəyik. Mən biznes strukturlarının (özəl şirkətlərin, dövlətin əlində olan şirkətlərin yox ha) qiymət siyasətini az tənqid edirəm, çünki özəl sektor normalda rəqabətli şəkildə çalışmalıdır ki, qiyməti bazar tənzimləsin, dövlətin də borcu o rəqabətli mühiti yaratmaqdır, amma bu dəfə “Pegasus” lap ağını çıxartdı, sərnişinlərə adi su belə vermirlər, uçaqda 0,33 litr suyu 2 avroya satırlar, qiyməti də keçdim, su qaynar idi, içiləsi deyildi.
AZAL-ı, BUTA-nı çox tənqid etmişəm, haqlıyam da, dövlət şirkətlərinin borcu şəffaf olmaq, normal qiymət siyasəti aparmaqdır, çünki bizim-vətəndaşın vergiləri ilə formalaşan büdcədən daim dəstək, dotasiya alırlar, amma, insafən AZAL və BUTA-nın inhisarçı qiymətlərini kənara qoysaq, sərnişinlərə münasibəti, xidmətin keyfiyyəti yüksəkdir.
İzmirdən Bakıya 3 saata yaxın uçduq, içməyə normal su tapa bilmədik, nə isə, sanki “Pegasus” deyil də, “Yezidus Airlines”-dir...
Natig= Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.