Türk millətçisi olmaq hər şeydən öncə intellekt sahibi olmaq deməkdir.

24-10-2023, 10:13           
Türk millətçisi olmaq hər şeydən öncə intellekt sahibi olmaq deməkdir.
Bir dostumuz var, iddia edir ki, əsl türk millətçisi Fələstinin yanında olmalıdır. İsraili müdafiə edən sionistdən başqa bir şey deyil...
İndi mən soruşuram. Yaxın Şərqdə alovlanan bu müharibəni kim başladı? Cavab bəllidir? HƏMAS. Yaxşı HƏMAS İsrailə Fələstin xalqının maraqlarının müdafiəsinə görəmi hücum etdi? Yox. Səbəb ondadır ki, İran HƏMAS-a hücum əmri verdi. Onlar da əmri icra etdilər. Necə ki, 2006-cı ildə Hizbullah İranın əmri ilə Livanı İsrail ilə müharibəyə vadar etmişdi.
Yaxşı, İran durub-durub nədən HƏMAS-a belə bir əmr verdi? Çünki Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər xeyli yaxşılaşmışdı. Amerika Yaxın Şərqdə mövqeyinin zəiflədiyini hiss edərək hərəkətə keçdi. Səudiyyə Ərəbistanı ilə İsrail arasında yarım-gizli danışqlar başladı. Səudiyyə Ərəbistanının ətrafında olan Körfəz ölkələri də İsrail ilə anlaşmaq ərəfəsində idi. Amerika Səudiyyə Ərəbistanına İsrail kimi qeyri-NATO üzvü olan tərəfdaş statusu tanıyırdı, üstəlik, Səudiyyə Ərəbistanına nüvə texnologiyasına giriş verilirdi.
Nəticə isə belə oldu: İran, onun arxasında isə Çin bu planı pozmaq üçün plan cızdı. Və HƏMAS İranın göstərişi ilə İsrailə qəfil hücum etdi...
Birmənalı olan odur ki, HƏMAS, Hizbullah, Yəməndəki Husi üsyançıları, İraqdakı xeyli İrana bağlı terror təşkilatları, Suriyadakı oyuncaq rejim...və.s. İran bir dəfə göstəriş versə, bu təşkilatların hamısı Azərbaycana da, Türkiyəyə də qarşı terror hücumları həyata keçirə bilər. Buna kiminsə şübhəsi varmı?
Mənim nəzərimdə türk millətçisi olmaq hər şeydən öncə intellekt sahibi olmaq deməkdir. İrana görə, daha doğrusu İrandan hər il aldığı 100 milyon dollarlara görə öz xalqını odun-alovun içinə atan HƏMAS-ı müdafiə etmək mənlik deyil. Siz özünüz bilərsiz...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.