HƏMAS -İsrail müharibəsilə Astronavtika Konqresi tədbirin təşkili səviyyəsi arasında bir əlaqə varmı ?

24-10-2023, 10:04           
HƏMAS -İsrail müharibəsilə Astronavtika Konqresi tədbirin təşkili səviyyəsi arasında bir əlaqə varmı ?
Görəsən HƏMAS -İsrail müharibəsilə Astronavtika Konqresi çərçivəsində baş tutan bir tədbirin təşkili səviyyəsi arasında bir əlaqə varmı ?
HƏMAS - İsrail müharibəsi başlayanda, bir anlıq, bəlkə də bununla əlaqəsi olmayan, Astronavtika Konqresində baş verən bir məqamı xatırladım.
Məlumdur ki, Azərbaycan AzerSky1 müşahidə peykinin istehsalçısı olan Fransa şirkəti ilə əməkdaşlıqdan imtina edib.
Bir müddət öncə bu peykimiz də naməlum səbəblərdən idarəetmədən itib.
Azərbaycan növbəti AzerSky2 müşahidə və kəşfiyyat peykimizin istehsalı ilə bağlı İsrailin "Israel Aerospace Industries" şirkətini seçib.
Gözlənilirdi ki, Beynəlxalq Astronavtika Konqresi çərçivəsində AzerSky2 peykinin istehsalı ilə bağlı Israel Aerospace Industries şirkəti ilə yüksək səviyyədə müqavilə imzalanması mərasimi təşkil olunacaq.
Yəni, burada söhbət kosmik texnologiyalar sahəsində yeni strateji tərəfdaşdan, 44 günlük Vətən müharibəsində bizim yanımızda olan bir ölkə ilə yeni tərəfdaşlıqdan, həm də milyonlarla dəyəri olan bir anlaşmadan söhbət gedirdi.
Lakin nə baş verdi ?
Bu anlaşma nəinki Prezident səviyyəsində, heç nazir səviyyəsində baş tutmadı.
Astronavtika Konqresinin sərgi stendlərini gəzərkən bir onu gördüm ki, Azərkosmos rəhbəri Saməddin müəllimlə Israel Aerospace Industries şirkətin rəhbəri Boaz Levi bir-iki dəqiqə ərzində, çox dar bir çərçivədə nəyəsə imza atdılar və dərhal da çıxıb getdilər.
Vəssalam.
Görünən odur ki, hökumətimiz, həmçinin bəlkə də İsrail şirkəti bu cür əhəmiyyətli bir anlaşmanın dar çərçivədə baş tutmasında çox maraqlı olmuşdular.
Bir neçə gün sonra isə HƏMAS - İsrail müharibəsi başladı.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.