İsrail-Həmas müharibəsi: İsrail tərəfi əməliyyatların bir aydan çox davam edə biləcəyini deyir

24-10-2023, 12:34           
İsrail-Həmas müharibəsi:
Bazar ertəsi günü səhər saatlarında Həmas və Fələstin mediası Qəzza zolağında bir neçə xəstəxananın yaxınlığında partlayışlar baş verdiyini bildirib.

Hazırda heç bir müstəqil mənbə itkilər barədə məlumatları təsdiq etməyib.

Qəzzanın Həmasın nəzarətində olan Səhiyyə Nazirliyi, İsrailin zolağın şimal hissəsinin sakinlərini təxliyə etməyə çağırdığı cənub hissədə 800-dən çox mükli sakinin öldürüldüyünu açıqlayıb.

Qurum elan edib ki, oktyabrın yeddisindən bəri Qəzzada həlak olan fəlastinlilərin sayı azı 4651 nəfər olub.

İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, Həmasa qarşı hərbi kampaniya “bir, iki, üç ay” davam edə bilər və bu müddət silahlı qruplaşmanın tamamilə məhv edilməsi ilə başa çata bilər.

“Bu, Qəzzada son əməliyyatımız olmalıdır, çünki daha sonra Həmas olmayacaq”, - Yoav Gallant deyib.

Nazir növbəti mərhələnin, çox gözlənilən quru əməliyyatının “tezliklə baş tutacağını” bildirib.

Ancaq quru əməliyyatının nə zaman olacağı bəlli deyil.
Fələstinin Həmasın nəzarətində olan hissədə fəaliyyət göstərən Səhiyyə Nazirliyi oktyabrın yeddisindən bəri həlak olanların sayının 4 min 651-ə yüksəldiyini açıqlayıb.

Qurum öldürülənlərdən 1873-nün uşaq olduğunu bildirir.

Açıqlamaya görə, hücumlarda 1100-dən çox qadın öldürülüb.

Yaralıların ümumi sayı 15 minə yaxındır.

Həmas oktyabrın yeddisində İsrailə hücuma edib və nəticədə 1400-dən çox insan həlak olub. Qadın və uşaqların olduğu 200-ə yaxın insan girov götürülüb Həmasın nəzarətində olan Qəzzanın şimal bölgəsinə aparılıb.
İsrail-Fələstin münaqişəsi sonuncu dəfə oktyabrın yeddisində Həmasın İsrailə hücumu ilə alovlanıb və sonra İsrail Qəzzanı bombalamağa başlayıb, qurudan hücuma hazırlaşmaq üçün sərhədə qoşun toplayıb.

İsrail Müdafiə Qüvvələrinin sözçülərindən biri Jonathan Conricus Avstraliya Yayım Korporasiyasına deyib ki, Həmas təslim olub girovları azad etsə, "müharibə bitəcək".

Əgər Həmas imtina edərsə, Jonathan Conricus deyib ki, "biz yəqin ki, içəri girib bunu həyata keçirməli olacağıq".

Yaxın iki gündə Hollandiyanın baş naziri Mark Rutte və Fransa Prezidenti Emmanuel Macronun bölgəyə səfərləri gözlənilir.

Müstəqil təhlilçilərdən bəziləri hesab edirlər ki, dünya liderlərinin bölgəyə səfəri İsrailin Qəzzanın şimalına quru əməliyyatını ləngidir və bu səfərlər dayanan kimi hərbi əməliyyatlar başlayacaq.

Bazar günü axşam, oktyabrın yeddisindən bəri BMT-nin 14 yük maşınından ibarət ikinci humanitar yardım karvanı Qəzzaya daxil ola bilib.

Ağ Ev bildirib ki, İsrailin baş naziri Joe Bidenlə telefon danışığında bu humanitar yardımların çatdırılmasının davamlılığını təmin edəcəyinə söz verib.

ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya və İtaliya liderləri İsrailin terrorizmə qarşı özünümüdafiə hüququnu dəstəklədiklərini, lakin Qəzzanın mülki əhalisinin təhlükəsizliyindən narahat olduqlarını elan ediblər.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.