Mirzoyan Azərbaycanla nəqliyyat dəhlizlərinin açılmasına RAZILIQ VERDİ

24-10-2023, 16:27           
Mirzoyan Azərbaycanla nəqliyyat dəhlizlərinin açılmasına RAZILIQ VERDİ
“Ermənistan iqtisadi sahələrdə, o cümlədən logistika, enerji, su ehtiyatlarının idarə edilməsi, mədəni irsin qorunmasında regional əməkdaşlığa önəm verir”.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan danışıb.

Regional infrastrukturların blokdan çıxarılması məsələsinə toxunan Ermənistan XİN rəhbəri qeyd edib: “Dənizə çıxışı olmayan Ermənistan regionda bütün infrastrukturların blokdan çıxarılmasında və daha da inkişaf etdirilməsində maraqlıdır. Ermənistan dövlətlərin suverenliyinə və yurisdiksiyasına, qarşılıqlılıq və bərabərlik prinsiplərinə hörmət əsasında regional infrastruktur layihələrinin bir hissəsi olmağa hazırdır. İnanırıq ki, regionumuzda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişməsi, o cümlədən onların Ermənistanın suveren ərazisindən keçməklə hamımız üçün dünyanın unikal qovşağına çevrilə bilər”.

Nazir Mirzoyan çıxışında qeyd edib ki, Ermənistan dəmir yolu infrastrukturlarının, o cümlədən zəruri infrastrukturların tikintisi və ya yenidən işə salınması yolu ilə qarşılıqlı inteqrasiya prosesinə önəm verir. Ermənistan Azərbaycan ərazisindən keçməklə İran, Rusiya və Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsində maraqlıdır və qarşılıqlı prinsip əsasında regionun digər dövlətləri üçün də öz ərazisindən keçən dəmir yoluna çıxışı təmin etməyə hazırdır.

Bu kontekstdə Gümrü-Qars dəmir yolunun yenidən işə salınması, eləcə də Şimal-Cənub yolunun Ermənistan ərazisindən bir qolunun tikintisi heç də az əhəmiyyət kəsb etmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.