Lavrovun dediyi xəritələr Azərbaycanda var? - AÇIQLAMA

24-10-2023, 16:35           
Lavrovun dediyi xəritələr Azərbaycanda var? - AÇIQLAMA
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib ki, heç bir maneə olmadan sülh müqaviləsi bağlanmalı, sərhədlər delimitasiya olunmalı və nəqliyyat əlaqələri qurulmalıdır.

Lavrov deyib ki, Moskva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki kömək etməyə hazırdır.

"Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyadadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq".

Maraqlıdır, bu xəritələrin surəti Azərbaycanda varmı?

Teref.az-ın xəbərinə görə, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, arxivdə bütün xəritələr və sənədlər qalır:

“Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyadadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq. Bizdə (AMEA-nı nəzərdə tutur-red.) həmin xəritələrin sürəti yoxdur.

Amma sözsüz ki, arxivdə saxlanılır. Bizim sərhədlərimiz də əlbəttə ki, həmin xəritələrlə təyin olunmalıdır. Başqa necə ola bilər ki? Həmin ərazilər bizim tarixi torpaqlarımızdır. Həmin xəritələrə əsasən də, sərhədlər müəyyənləşdiriləcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.