Milyardları ola-ola əmlak üçün hansı murdar oyunlar qururlar - Şəmsi Səmədzadə olayına sözardı....

25-10-2023, 00:05           
Milyardları ola-ola əmlak üçün hansı murdar oyunlar qururlar -
Vəkil həmkarım zəng etmişdi. Dedi xəbərin varmı Şəmsi Səmədzadədən video yayıblar. Dedim nə video. Dedi, yazmaq belə istəmədiyim ad çəkdi. Dedim ola bilməz .O bir şantaj videosudur. Şəmsi Səmədzadə ilə əlaqə saxlamaq istədim, telefonunu tapa bilmədim. Sosial şəbəkələrdəki paylaşımlara baxdım. Onsuz da əmin idim ki, şantajdır. Qənaətim də doğru olduğuma əmin oldum.
Şəmsi Səmədzadənin illər öncə hüquqlarını müdafiə etmişdim. Onu bir qətl hadisəsində təqsirləndirirdilər. Bir nəfər zavod direktorundan bir polis əməkdaşı hədə qorxu ilə pul tələb etmiş, onu Günəş kafesinin yanına çagırmışdı. Həmin vaxt hadisə yerində Şəmsi Səmədzadədə olmuşdu. Zavod direktoru ilə ondan pul alan serejant arasında mübahisə olmuş, polis serejantı odlu silahdan istifadə etmiş, qarşılıqlı atışma başlamışdı. Həmin hadisə zamanı polis serejantı öldürülmüş, onunla gələn şəxs isə yaralanmışdı. Hadisə vaxtı Şəmsi Səmədzadə hadisə yerindən aralıda olmuşdu.
Baş prokurorun müavini sonradan Ali Məhkəmənin sədri olmuş Ramiz Rzayevin nəzarəti altında istintaq hərəkətləri aparılmış, Şəmsi Səmədzadənin təqsirsizliyi müəyyən olunmuş, o azad olunmuşdu. Sonradan həbs olunduğu günə qədər azadlıqda olmuş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdu.
Şəmsi Səmədzadə nədən həmin cinayətə görə təqsirləndirilərək bir ölümə görə ömürlük cəzaya nəruz qalmışdı?
Şəmsi Səmədzadənin işlətdiyi müəsisəyə bir nəfər məmurun adamı yerləşdirilmiş, oda həmin məmura Şəmsinin qazancı haqqında məlumatlar ötürmüşdü. Həmin vaxt Gəncə şəhər prokuroru işləyən Zakir Qaralov Şəmsi Səmədzadəni qəbuluna çagırmış, bu məsələ ilə baglı söhbətlər aparılmış, Şəmsi də heç kimə halal qazancından pul verməyəcəyini bildirmişdi. Hadisə vaxtı Zakir Qaralov Səmədzadənin ünvanına söyüş söymüş, Şəmsi Səmədzadə də kəskin cavab vermiş, hətta fiziki zorakılıq da tətbiq etmişdi.
Sonradan Zakir Qaralov Baş prokuror təyin olunduqda həmin iş yenidən təzələnmiş, Şəmsi Səmədzadə barədə qəbul olunmuş qərar ləğv olunaraq o həbs edilmişdi.
Şəmsi Səmədzadənin qardaşı mənimlə müqavilə baglanarkən artıq iş məhkəməyə verilmə mərhələsində idi. Cinayət Prossesual qanunvericiliyin tələbinə görə həmin mərhələdə vəkil cinayət işi materialları ilə tanış olaraq vəsatət verə bilər. Mən iş materialları ilə tanış olarkən müəyyən etdim ki, polis serejantını və onunla gələn vətəndaşı vuran eyni şəxs olub. Çünki, ifadə verən həmin yaralı şəxs ifadəsində göstərmişdi ki, polis serejantını vuran şəxs onu vurduqdan sonra əlindəki silahla sonrada mənə atəş açdı. Mən yaralandım. Həmin vaxt ifadə verən şəxslərin ifadəsi ilə Şəmsi Səmədzadənin atışma vaxtı dayandığı yerli, vurulan və yaralanan şəxsi dayandığı yeri, atəşin, xəsarətin istiqamətini dəqiqləşdirdim. Məlum oldu ki, Şəmsi Səmədzadənin nə ölümə, nə də ki, yaralıya aidiyyatı yoxdur. Lakin bununla da qənaətlənməyim ballistik ekspertizanın rəyi ilə tanış oldum. Rəydə bir mənalı göstərilirdi ki, öldürülən polis serejantı ilə yaralanan şəxsə atəş eyni silahdan açılıb. Yəni hadisədən sonra qaçıb gizlənən şəxs hansı ki, polis serejantını vurmuş. digər şəxsi isə yaralamışdı Şəmsi Səmədzadədən tamamilə fərqli istiqamətdə dayanmışdılar. Ramiz adlı həmin şəxsin pöolis serejantını güllələyib sonra da avtomatı Şəmsiyə verərək yaralanan şəxsi də onun vurmasına imkan yaratması qeyri mümkün idi. Həmdə yaralı şəxs ifadə vermişdi ki, polis serejantını vuran şəxs sonra silahı çevirib mənə atəş açdı.
Mən bütün bu sübutları təhlil edərək prokurorluğa vəsatət verdim.
Nəticədə nə baş verdi? Uzun müddət axtarışda olan həmin şəxs "könüllü" gələrək Baş prokurorluğa dəvət olundu. Sonradan bizdə olan məlumata görə Baş prokurorluğun rəhbərliyi tərəfindən qəbul olundu və iş üzrə ifadə verdi. Halbu ki, həmin şəxs uzun müddət idi ki, qaçıb gizlənmişdi.Həbsli axtarışda idi.
Məhkəmə zamanı Şəmsi Səmədzadənin təqsirsizliyi müəyyən olundu. İşə Azərbaycan Məhkəmə sisteminin mələyi Ənvər Seyidovun rəhbərliyi ilə baxılırdı.
Və birdən birə məhkəmə prossesində AZ TV təşrif buyurub video çəkiliş aparmaga başladı. Həmin vaxt nə baş verdiyini başa düşmədim. Sonradan məlum oldu ki, Şəmsi Səmədzadədən 15 il cəza müqabilində 300.000 ABŞ dolları pul istənilib. O isə təqsirsiz olduğunu bildirərək bu pulu verməkdən imtina edib. Məhz Şəmsi Səmədzadənin bu imtinasından sonra AZTV müəllim işə qarışdırılıb. Onun agır cinayət törətməsi nümayiş etdirilib.
AZTV kimi dövlət kanalı murdar bir cinayətə cəhdin iştirakçısına çevrilib.
Və gözlənildiyi kimi Şəmsi Səmadzadə ilə razılıq alınmadığı üçün ona ömürlük cəza təyin edildi.
Bir qətlə görə heç vaxt ömürlük cəza təyin olunmadığı halda Şəmsi Səmədzadə ömürlük cəzaya məhkum olundu.
Bu cinayət işini təsadüfən xatırlamadım. Şəmsi Səmədzadənin azad olunduğun mətbuatda oxudum. Əlaqəm olmadı.
İndiki hadisələri müşahidə etdikdə yadıma o cinayət işi düşdü.
Mən bu işi şantaj hesab edirəm və əminəm ki, şantajdır. Lap hesab edək ki, şantaj deyil həqiqətdir. Maraqlı suallar yaranır. Nə üçün məsələ bu qədər gündəmləşdirilir? Nə üçün durmadan yazılır? Kimin maragı nədir? Cəmiyyətimizdə bu tip çirkin hadisələr ayaq tutub yeridiyi halda nədən Şəmsi Səmadzadə gündəmdə saxlanılır?
Məgər televiziyalarımızda hər bir evə nüfus edən, əxlaqsız, mənəviyyatsız adamların şərəfli xalqıçmıza əxlaq dərsi keçdiyi bir şəraitdə yaşamırıqmı? Ən müxtəlif şəxslərin bu tip çirkin əməllərlə məşğul olduğu və Şəmsi Səmədzadədən fərqli olaraq tutduğu mövqe və vəzifələrə görə müqayisə edilməz dərəcədə üstünlüyü nün mövcudluğu halında nədən onlar gündəmdə saxlanılmır? Nədən onlardan yazılmır? Nədən Azərbaycanlı mentalitetinə yad və qeyri əxlaqi olan bu tip hadisələrin və hadisə daşıyıcılarının hərəkəti sükunətlə müşahidə olunur?
Cəmiyyətimizdə nə baş verir? Şəxsi həyat məsələsi adı altında malalanan bu tip çirkin əməllərə niyə göz yumulurdu? Niyə indi bu məsələ gündəmdən düşmür?
Məsələ məncə başqadır. Şəmsi Səmədzadə ömürlük azadlıqdan məhrum edildikdən sonra onun əmlakı, evi, mülkləri, zavodu yagmalandı, talan edildi. Əlindən alındı. Deyilənlərə görə artıq Səmədzadə azadlığa qovuşduqdan sonra talananları geri qaytarmaqla məşğuldur. Məhz bu səbəb ona qarşı bu kompaniyanın aparılmasına səbəb olub. Paylaşımların bir qismini təhlil etmişəm. Burda məmur izi görünür. Xalqımızın sərvətini qəddarlıqla, vəhşicəsinə talayan məmur izi. O məmur ki, Şəmsi Səmədzadənin əmlakının yagmalanmasında əli-payı var. Məhz ona görə də bu gündəm dəyişmir.
Niyyətim Səmədzadəni müdafiə etmək deyil. Onun bu məsələyə münasibətini bilmirəm. Əlaqəm olmayıb. Amma şantaj olduğuna əminəm. Xalqımızı fəlakətə, çirkab oyunların ,oyunçuların sırasına yuvarlayanların iç üzünü açmaqdır. Əmlak ugrunda mübarizədə hansı murdarlığa əl atılır. Ailə, övlad, qohum, elli demədən vətənə çirkab sırınır. Bu çirkablıqlarla hər bir evə soxulur, əxlaqımızı, mənəviyyatımızı məhv edirlər. ziyalı deyən kəslər susur. Çünki şərlənəcəklərindən, şantaja məruz qalacaqlarından qorxurlar. Məndən ötsün qardaşıma dəysin prinsipi ilə yaşayırlar.
Ölkədə bu qədər problemlər olduğu, qəhrəman şəhid ailələrinin dilənçi günündə yaşadığı, korrupsiyanın baş alıb getdiyi, məhkəmələrin telefon dəstəyi ilə idarə olunduğu, uşaq pullarının verilmədiyi, pensiyaların it yeminə çatmadığı bir zamanda gündəmin bir şəxsin hərəkəti üzərində köklənməsidir. Çirkin formada köklənməsidir.
Qarabagımızın başının üzərində hələdə qara buludlar var. Böyük zəfər çalınıb. Amma dövlətimizi xalqımızı sevməyən, müstəqilliyimizəqənim kəsilən qüvvələr, iri dövlətlər çirkin oyunlarını davam etdirdiyi bir vaxtda bizim gündəmə görün nələri daşıyırlar. Milyardları ola-ola əmlak üçün hansı murdar oyunlar qururlar.
Və.və,və Aydln Canı söymədiyi söyüşə görə 30 sutka həbs etdirən Baş Prokurorluq Şəmsi Səmədzadə barədə bu qədər çirkablar yayan şəxslər barədə nədən susur? Yoxsa qara torbada qara pişik var-kiminsə pişiyi?
Növbəti yazımda iş adamı Vahid Xələfovun başına gələnlərdən, əmlakının talanından yazacam. Yaxşı ki, o həbsdədir, yoxsa onu da eyni qaydada şantaj edərdilər. Və yazacam ki, o həbsdən azad olduqdan sonra bu taleni də yaşamasın. Məmur çirkablığına hədəf olmasın.
Osman Kazimov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.