“Artsax sənin vətənindir?! Cavab ver, niyə susursan?” - Simonyan erməni jurnalisti susdurdu

27-10-2023, 19:59           
“Artsax sənin vətənindir?! Cavab ver, niyə susursan?” - Simonyan erməni jurnalisti susdurdu
Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistləri ölkəsində sülhün bərqərar olması işinə qoşulmağa çağırıb.

Teref.az-ın modern.az-a istinadən məlumatına görə, o, “hamınızı hazırkı hakimiyyəti tənqid etməyə deyil, Ermənistanda sülhün bərqərar olmasına diqqət yetməyə çağırıram” deyib.

Spiker bildirib ki, sülh hamıya, Ermənistan dövlətinə də lazımdır.
Ətraflı

Jurnalistin “nəyin bahasına” sualına spiker belə cavab verib: “Biz artıq hər şeyin əvəzini ödəmişik, düşünürəm ki, daha ödəməməliyik”.

Simonyan jurnalistlərin qondarma “Artsax”la bağlı sualını sərt tonda qarşılayıb.

Jurnalistin “Vətənin bir hissəsini düşmənə buraxıb, o biri hissəsində dinc yaşaya bilərikmi” sualına Simonyan deyib ki, “Vətən” ifadəsi çox mücərrəddir.

"Adana, Qars sənin vətənindir? Artsax sənin vətənindir? İndi bir sual da verirəm: Van, Muş, Ərzurum – bizim vətənimizdir? Cavab ver, niyə susursan?”, - deyə spiker jurnalistə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru