Şərqi Azərbaycanda siyasi fəal milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamı ilə mühakimə olunur

31-10-2023, 11:44           
Şərqi Azərbaycanda siyasi fəal milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamı ilə mühakimə olunur
Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərində milli təhlükəsizliyə qarşı fəaliyyət, yalan məlumat yaymaq, müqəddəsləri təhqir etmək və nizama qarşı təbliğat ittihamları ilə mühakimə olunan siyası fəal İsmayıl Əhmədi iki həftə sonra hakim qarşısına çıxarılacaq.

Siyasi məhbuslarla bağlı məlumat yayan Abbas Lisani Telegram kanalının surətini yaydığı çağırış vərəqəsinə əsasən, türk fəaldan noyabr ayının 14-də Vərziqan Cəza Məhkəməsinə müraciət etməsi tələb olunub.

Əhmədi bir neçə həftə öncə də Vərziqan prokurorluğuna çağırılmışdı.

Çağırış vərəqəsində yazılıb ki, "'İslamın müqəddəslərini təhqir etmək', 'əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təşviq etmək', 'nizama düşmənlik edən kanallar ilə irtibat', 'yalan məlumat yaymaq' və 'İslam Respublikası nizamına qarşı təbliğat' ittihamları ilə əlaqədar sizə qarşı irəli sürülən şikayətə baxılması üçün müəyyən edilmiş vaxtda bu şöbədə hazır olun!"
İsmayıl Əhmədi keçən may ayında nəzarət altına alınıb və bir neçə gün sorğu-sual olunduqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Hüquq müdafiəçiləri onun Süngün mis mədəninə çalışan işçilərin keçirdiyi etiraz aksiyaları ilə əlaqədar məlumat yaydığı üçün saxlanıldığını bildirmişdilər.

Əhmədinin keçən illərdə də siyasi və mədəni fəaliyyətləri səbəbilə basqılara məruz qaldığı bildirilir.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.