Məktəblərdə uşaqlarımız necə qorunur- Neçə məktəbin qarşısında videokamera var və onların neçəsi polisin "Təhlükəsiz Şəhər" sisteminə qoşulub ?

1-11-2023, 10:36           
Məktəblərdə uşaqlarımız necə qorunur-
Neçə məktəbin qarşısında videokamera var və onların neçəsi polisin "Təhlükəsiz Şəhər" sisteminə qoşulub ?
Hər gün sosial mediadan görürük ki, məktəblər qarşısında müxtəlif hadisələr baş verir.
Bunların içərisində kriminal olanlar, narkotika satanlarla bağlı, digər qanunazidd olanları da var.
Dünyanın təcrübəsi belədir ki, bu ərazilər video müşahidə altında olmalı və idarəetməsi də direktorun otağında deyil, polis şöbəsində olmalıdır.
Maraqlıdır, bizdə neçə məktəbin qarşısında müşahidə kameraları quraşdırılıb ?
Onlardan neçəsi "Təhlükəsiz Şəhər" sisteminə qoşulub?
İctimai təhlükəsizliyin qorunması və cinayətkarlığın qarşısının alınmasında "Təhlükəsiz Şəhər" sisteminin rolu gücləndirilməlidir.
Dəfələrlə şahidi olmuşuq ki, polis kamera nəzarəti olan ərazilərdə cinayətin üstünün açılmasında daha çevik və effektiv hərəkət edə bilir.
Effektiv videomüşahidə sistemi polisin rəqəmsallaşmasında mühüm əhəmiyyət kəs edir.
Amma təəssüf ki, ictimai əhəmiyyət kəsb edən yerlərdə, yeni tikililərdə, təhsil müəssisələri ətrafında, ümumiyyətlə ölkə üzrə kameralaşma ilə bağlı ciddi problemlər hələ də qalır.
Dünyada artıq bu sahədə süni intellekt həlləri tətbiq edilir, hətta maskada olan cinayətkarların identifikasiyasına imkan verən müşahidə texnologiyalarından istifadə edilir.
"Təhlükəsiz şəhərlə" bağlı Prezident fərmanı və NK qərarları olmasına baxmayaraq proses ləng gedir.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.