Prezident DTX-nin bu əməkdaşlarını təltif etdi - Siyahı

29-11-2023, 17:17           
Prezident DTX-nin bu əməkdaşlarını təltif etdi - Siyahı
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Məmmədova Kamina Qavil qızı

“Hərbi xidmətlərə görə” medalı ilə

Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik

Əliyev Elçin Alastun oğlu – polkovnik

Əmirov Ziyafət Məsim oğlu – polkovnik

İsmayılov Azər Valeh oğlu – polkovnik

Nəsirov Elşad Haqverdi oğlu – polkovnik

Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant

Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.

Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru