Makronun "qara qutusu" Bakıda AÇILDI - Fransadan tarixi FİASKO

27-12-2023, 09:04           
Makronun "qara qutusu" Bakıda AÇILDI -
Fransanın həvəsi başında çatlamaqdadır. Rəsmi Paris səhv üstə səhv edir. Lakin bu dəfə Fransa ağ etdi. Afrikada əsrlər boyunca axıtdığı qanlar, müstəmləkəçilik siyasəti vərdiş halına gələn Fransa uçurumun kandarına bir az da yaxınlaşdı.
Geridə qalan 3 il ərzində öz məkrli niyyətini, əsl simasını açıq ortaya qoyan Emmanuel Makronun rəhbərlik etdiyi Fransa hakimiyyəti öz qürub dövrünü yaşamaqdadır. Belə olmasaydı Fransa Azərbaycanın həqiqətləri qarşısında bu qədər sınmaz, əzilməz, rəzil duruma düşməzdi. Azərbaycan bu gün Fransanın törətdiyi beynəlxalq cinayətlər, apardığı müstəmləkəçilik siyasəti və separatizmə verdiyi dəstəyin ifşa edən əsas qüvvəyə çevrilib. Bunu məhz Fransa istədi, özləri məcbur etdi...

Fransada Natəvanın heykəlinə qarşı edilən vandallığın bir adı var - ACİZLİK! Bu da xalqın yox, dövlətin rəsmi Bakıya qarşı növbəti təxribatından başqa bir şey deyil. Amma Fransadan fərqli olaraq, Azərbaycan dövləti heykəllərlə, abidələrlə yox, real qüvvələrə qarşı mübarizə yolunu tutub.

Azərbaycanın yerləşdiyi coğrafiyaya separatçılar vasitəsilə əl uzatmağa çalışan Fransa niyyətinin baş tutmayacağını anlayınca, acığını məhz heykəllərdən, abidələrdən çıxmağa çalışır. Bu da Avropanın və dünyanın qədim tarixə malik, vaxtı ilə ən qüdrətli dövlətlərindən hesab edilən Fransanın düşdüyü vəziyyətdən xəbər verir.

Emmanuel Makronun rəhbərliyi altında Fransanı daha da cılızlaşdıran qərarlar, addımlar hər ötən gün artır. 44 günlük müharibənin gedişi zamanı və ondan sonrakı mərhələdə Ermənistana və xüsusilə də separatçılara açıq dəstəyini ifadə edən Emmanuel Makron höküməti bu cəhdlərinin işə yaramadığını görüncə Azərbaycana qarşı eqo savaşına başladı. Fransanın müharibə şəraitində olan gənc Azərbaycan qarşısında yenildiyini hiss etdikcə daha da aqressivləşdiyini görə bilərik.

Lakin hirsli başda ağıl olmaz ifadəsi burada daha da yerinə düşmüş sayıla bilər. Çünki rəsmi Bakının adekvat cavabları və qətiyyətli mövqeyi qarşısında daha da çətin duruma düşən rəsmi Paris özünü qlobal siyasi arenada da rüsvay edəcək qərarları ilə diqqət çəkməyə başladı. Daha konkret desək, səhv səhvi əvəz etməyə başladı. Amma Emmanuel Makron hakimiyyəti də ermənidən çox erməniçilik etdiyi, açıq şəkildə tərəfini saxladığı Ermənistana hər ötən gün daha çox bənzəməkdədir.

Elə bunu demək kifayətdir ki, Fransanın son illər dəfələrlə Azərbaycana qarşı BMT TŞ-da qətnamə qəbuluna cəhdlərinin baş tutmamasına, Bakıya qarşı qarayaxma kompaniyalarının başında getməsinə rəğmən bu cəhdləri sabun köpüyündən başqa bir effekt vermədi. Xarici siyasətdə fiasko ilə üzləşən Emanuel Makron hakimiyyəti düçar olduğu uğursuzluqdan qurtulmaq üçün önünə keçənə "atəş açmaq" siyasətini tutdu.

Lakin proseslər hadisələrin gediaşatı onu deməyə əsas verir ki, Fransa hakimiyyəti hazırda daha dərin böhranın astanasındadır. Azərbaycanın daxilinə əl uzatmaq cəhdi Fransanın sonunu gətirəcək hadisələrə şahidlik etməyimizlə nəticələnəcək kimi görünür.

Belə ki, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olundu. Hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın "tərəfdaşı" kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olsa da Fransanın Azərbaycanla bağlı bu cəhdi də suya düşdü.

Konkret desək, Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Beləcə Bakıda Fransada şok effekti verən əməliyyat gerçəkləşdi. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Makronun "qara qutusu"nu tapdı.

Uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə oldu. Fransa Prezidenti bu hadisənin ardınca - 5 gün əvvəl ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etdi. Onun istefası, əslində, gözlənilirdi. Əslində gözlənilən idi. Makronun bu qərarını da sakit başla verdiyi inandırıcı deyil. Fransa hakimiyyəti növbəti planının Bakıda gerçəkləşəcəyini düşündüyü bir vaxtda Bakıda öz qurduğu pusquya düşdüyünü bəlkə heç ağlından da keçirməmişdi.

Bu, Emanuel Marona Prezident İlham Əliyevlə dueldən aldığı növbəti və nokaut effektli ağır zərbə oldu. Təbii ki, məsələ bununlıa da yekunlaşmır. Bu faktlarla yanaşı, Azərbaycan xüsusi xidmət orqanları Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər də ələ keçirib. Bunun Fransa tarixində ən böyük fiaskodur və kəşfiyyatın imicinə tarixi zərbə kimi yadda qalacağı istisna edilmir.

Fransanın Azərbaycandakı səfirinin bu gün XİN-ə çağırılması və iki fransız diplomatın rəsmi Bakı tərəfindən "persona-non-grata" elan edilərək, onların 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələbi sıradan bir hadisə deyil. Təsadüfdürmü? Təbii ki, xeyr! Bunu Fransanın casus şəbəkəsinin Bakıda ifşa edilməsi hadisələrin məntiqi davamı da adlandıra bilərik.

Hazırda deyə bilərik ki, tarixinin ən böyük fiaskosu ilə üz-üzə olan Fransada bunun məsuliyyəti hər nə qədər DGSE rəisi Bernar Emyenin üzərinə atılsa da, reallıq tamamilə fərqlidir. Qeyd etdiyim kimi, Fransa hakimiyyəti get-gedə daha çox Ermənistana bənzəyir. Necə ki, eyni səhvi Ermənistan etmişdi, indi onları Paris təkrtar edir. Məsələ ondadır ki, həm rəsmi Paris, həm də DGSE Azərbaycanı və onun təhlükəsizlik orqanlarının gücünü lazımınca qiymətləndirmədi. Necə ki, eyni səhvi 3 il əvvəl və ondan sonrakı mərhələlərdə Nikol Paşinyan hakimiyyəti buraxmışdı. Nəticə isə göz önündə...

İndi isə fərqli məsələ olsa da, eyni situasida Fransadır. Fransa xəfiyyə xidməti elə bir zərbə ilə üzləşib ki, hələ onun fəsadlarını yığışdırmaqdan ötrü rəsmi Paris bir xeyli güc sərf etməli olacaq. İstisna edilmir ki, Fransa rəqiblərinin şərtlərinə cavab verən sövdələşməyə getməsə, onun beynəlxalq aləmdəki ifşa kampaniyası davam edə bilər. Yəni indi Fransa Azərbaycanla eyni masa arxasında oturub Bakının strateji regional maraqlarını dinləyib nəzərə almaq imkanını dəyərləndirərsə, bu, rəsmi Paris üçün daha faydalı ola bilər.

Ermənistanı silahlandırmaq, bölgədə yeni eskalasiya riski yaratmaq, Cənubi Qafqazı qeyri-sabit coğrafiyaya çevirmək cəhdləri Fransanın yenə də planlarını reallaşdırmaq üçün yetərli olmayacaq. Bu məsələ ilə bağlı dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda Prezident İlham Əliyev daha dolğun açıqlaması ilə Fransaya və onun revanşa hazırladığı Ermənistana növbəti mesajı verdi:

"Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər".

Afrikadan tutmuş Cənubi Qafqaza qədər atdığı addımlarla anti-Fransa əhval ruhiyyəsi yaradan Makronun yürütdüyü düşünülməmiş, yanlış siyasət Fransanın dünyada mənafelərinə çox ciddi zərbə vurmaqla məşğuldur. Parisin rəsmi Bakı ilə qarşıdurması bu hadisələrdə əsas həlledici məqam oldu. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, güclü və tutduğu yolda çox qətiyyətlidir. Artıq heç bir qüvvə bizim daxili işlərimizə qarışaraq nələrəsə müdaxilə etmək iqtidarında deyil, Azərbaycana əl uzadanın qolu qopur. Necə ki, bunu bu zamana kimi bir çox qüvvələrə hiss etdirdik.
referans.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.