Savaşı Azərbaycan Ordusu udub... Bir filmə sözardı.. Səxavət Məmməd yazır

27-12-2023, 16:05           
Savaşı Azərbaycan Ordusu udub... Bir filmə sözardı.. Səxavət Məmməd yazır
Əməyə sayğı deyib, yazmaq istəmirdim, ancaq haqq və ədalət məsələsinə görə yazmaqda fayda görürəm.
Hadrutun işğaldan azad edilməsi ilə bağlı film çəkilib. Çox gözəl (baxmamışam). Baxmadan niyə yazırsan deyənlər olacaq. Haqlısınız. Ötürə-ötürə kimlərin danışdıqlarını gördüm, kifayət etdi.
XTQ-nin etdikləri onların əfsanə olmasına kifayət edir. Ancaq hər şeyi də XTQ edib kimi təqdim etmək XTQ ilə digər bölmələr arasında narazılıq, konflikt yaradır. Misal üçün Füzuli -Hadrut, Hadrut -Cəbrayıl yolu bağlanmasaydı Hadruta girmək olardı? Sual o yolu hansı bölmə bağlayıb? Həmlə taboru 70 nəfərlə deyib, keçirəm.
Cəbrayıl Hadrut yolu üzərindəki Qarakollu, Yuxarı Rəfadanlı, Balyant, Aşağı Güzdək, Məlikcanlı, Qaradağlı, Xatınbulaq, Molla Vəlili, Şahdağ, İlandağ, Gorazıllı.
Hadrut Füzuli yolu - Yal Pirəhmədli, Qarğabazar, Xələfşə, Qoçəhmədli, İşıqlı, Yuxarı Abdürəhmanlı, Gecəgözlü.
Kəndləri və yüksəklikləri götürülmədən Hadruta girmək olardı? Bunları hansı bölmələr edib?
Yuxarıda sadalananlardan yalnız Gorazıllı XTQ və Həmlənin birgə fəaliyyəti nəticəsində götürülüb.
Fərqi yoxdur kimdir, nəçidir insanların haqqına girəndə danışırlar. Hadrutda sırf XTQ-nin fəaliyyəti işıqlanacaqdısa, bunu da anlamaq olar. Çünki film çəkən sırf bunu işıqlandırmaq istəyə bilər. Ancaq hər şeyi XTQ edib deməklə insanların damarlarına basılır. Əslində XTQ zərbə altında qalır.
XTQ-nin etdikləri Hollivud filmlərinin mövzusudur. Məncə onlar da kiminsə haqqına girmək istəməz...
Səxavət Məmməd
Teref. Xocanın bloqu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.