Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?
30-12-2023, 09:34
Sabah Prezidentin İT şirkətlər üçün "İKT güzəştləri" haqqında fərmanının bir ili tamam olacaq.
Sektorda artıq hamı bilir ki, durum xoşagələn deyil.
O zaman bu tip fərmanın qəbulunda gözlənti tam fərqliydi.
Xarici İT qurumların, relokasiya edənlərin, yerli kiçik və orta bizesin, innovasiya və ekosistemə yatırımlar edənlərin və nəhayət eksporta yönəlik İT fəaliyyətin vergidən azad olması gözlənilirdi və arzulanırdı.
Amma "İKT güzəştlərlə" bağlı bu bir ilin tamamında olduqca arzuolunmaz və absurd bir vəziyyət yaranıb.
Bizdə proses dünyada tam analoqu olmayan qaydada baş verib.
İRİA tərəfindən bizim nəhəng vergi ödəyiciləri olan 20-30 ilin İT şirkətləri yuxarıda qeyd olunan fəaliyyətlər üzrə deyil, heç bir innovativ və eksporta yönəlik fəaliyyət nəzərə alınmadan, bir imza ilə bütün vergilərdən azad edilib.
Söhbət bu İT şurkətlərin büdcəyə ödəməli olduğu, tenderlərdən əldə edilən vəsaitdən ödəniləcək milyonlarla vergidən, təxminən 40-50 milyon manat vəsaitdən gedir.
Yəni, təsəvvür edin ki, nəhəng İT şirkətin direktoru tenderdə qalib olur, bir neçə milyon vəsait alıb dövlət qurumu üçün nəsə proqram hazırlayır, yaxud notbuk alır və onun direktoru əldə etdiyi təmiz qazancdan heç bir vergi verməyəcək.
Texnopark rezidenti olaraq qəbul edilən bu İT şirkətlərin vergidən azad olması ilə bağlı heç bir ekspert müzakirəsi aparılmayıb, ümumiyyətlə qaydalarda nəzərdə tutulan Ekspert Komisiyası formalaşdırılmayıb.
Bildiyim qədər DVX, RİNN hazırda belə bir absurd vəziyyətdən çıxış yolları axtarır.
RİNN infrastrukturunda son illərdə reallaşan bir çox uğurlu böyük layihələrin fonunda belə bir xoşagəlməz vəziyyət , əlbəttə təəssüf doğurur.
RİNN Agentlik tərəfindən "İKT güzəştlərin" necə reallaşdırıldığını araşdırır.
Bildiyim qədər şirkətlərə vergidən azad edilmə ilə bağlı rezidentlik statusu, İRİA-nın təklifləri əsasında, Nazirlikdə heç bir kollegial müzakirə olmadan nazir müavini Fərid Əhmədovun imzası ilə verilib.
Problemlə bağlı bu günlərdə İRİA və DVX-nin görüşü də keçirilib.
Yəni qurumlar vəziyyətdən çıxış yolları axtarırlar.
Düşünürəm ki, indiki absurd vəziyyətdən çıxış üçün 3 variant var :
1. Prezidentin fərmanı ləğv edilir
2. Prezidentin fərmanına dəyişikliklər təklif edilir
3. DVX və RİNN -in təklifləri əsasında NK Prezidentin fərmanının TƏTBİQİ ilə bağlı Qaydalar hazırlayır.
İT şirkətlərin rezidentlik statusu üçün qaydalara uyğun yenidən ekspertiza keçirilir.
Osman Gunduz
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
Facebook-da paylaş