Azərbaycanın Əfqanıstanda səfirliyi 2024-cü ildən yenidən fəaliyyətə başlayacaq

30-12-2023, 09:54           
Azərbaycanın Əfqanıstanda səfirliyi 2024-cü ildən yenidən fəaliyyətə başlayacaq
Azərbaycanın Əfqanıstanda səfirliyi 2024-cü ildən yenidən fəaliyyətə başlayacaq. Doğru qərardır. Taliban paytaxt Kabili ələ keçirməmişdən əvvəl Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Əfqanıstanın keçmiş hakimiyyətləri ilə sıx əməkdaşlıq edir, bu ölkəyə maliyyə dəstəyi verir, humanitar yardımlar göndərir, əfqan bürokratlar Bakıda ixtisasartırma kurslarında iştirak edirdilər. Taliban Əfqanıstanda real gücdür və bununla hesablaşmaq məcburiyyətindəyik. Talibanın Əfqanıstandakı sərt idarəetməsi xoşumuza gəlməyə bilər, ancaq mövcud rejimlə dialoq imkanlarından imtina etməməliyik. Taliban rəhbərliyi də Azərbaycanın Kabildə səfirliyinin fəaliyyətə başlaması arzusunu bir neçə dəfə ifadə edib. Bir qisim ölkə Kabildə səfirliyini bərpa edib. Biz bu prosesdə gerə qala bilmərik. Çin Əfqanıstanda böyük layihələr reallaşdırmaq istəyir. Pekin Əfqanıstandan kommunikasiya xətlərinin keçməsini planlaşdırır. Gələcəkdə Əfqanıstanla Azərbaycanı birləşdirən ortaq layihələrin reallaşdırılması da mümkündür.
Elxan Şahinoğlu
Teref. Xocanın bloqu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru