HƏMAS-ı kim və necə maliyyələşdirir?

24-01-2024, 16:34           
HƏMAS-ı kim və necə maliyyələşdirir?
Vergilər, kriptovalyuta, ianələr və hətta İsraildən gələn pulların illərdir, HƏMAS silahlı qruplaşmasının fəaliyyətini dəstəklədiyi güman edilir.

TNS xəbər verir ki, bu barədə “The National” yazır.

2023-cü il oktyabrın 7-dən İsrail və Qərb ölkələri HƏMAS-ın yəhudi dövlətinə qarşı növbəti hücumlarının qarşısını almağa ümid edərək, onun beynəlxalq maliyyə şəbəkələrini cilovlamağa cəhd ediblər. Lakin ekspertlərin fikrincə, qrupun maliyyəsinin dəqiq daxili strukturu gizli saxlanılır.

Bir çox analitiklər vurğulayırlar ki, ABŞ və Aİ tərəfindən terrorçu kimi tanınan HƏMAS Vaşinqton və Brüsselin, məsələn, İordan çayının Qərb sahilindəki Fələstin Azadlıq Təşkilatına (FAT) göndərdiyi rəsmi yardımı almaq imkanından məhrumdur.

2007-ci ildə Qəzza zolağında hakimiyyətə gəlməzdən əvvəl (bu, seçkilər nəticəsində tamamilə demokratik əsasda baş verdi) HƏMAS əsasən İranın və Suriya və Sudan da daxil olmaqla bir sıra digər sponsorların maliyyəsinə arxalanırdı.

Qruplaşma üçün vəsait müxtəlif xeyriyyə təşkilatları, o cümlədən vəsaitlərinin bir hissəsi kriptovalyuta vasitəsilə göndərilən “CrowdFunding” kampaniyaları tərəfindən təmin edilib.

HƏMAS Qəzzaya nəzarəti ələ keçirdikdən sonra təşkilat Misirin Qəzza ilə sərhədindəki rəsmi keçid məntəqəsindən yan keçən geniş tunellər şəbəkəsi vasitəsilə daşınan mallara vergi qoyaraq gəlir əldə etməyə başlayıb.

HƏMAS həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı, sürücülük vəsiqələri, elektrik enerjisi, su və doğum haqqında şəhadətnamələr üçün rüsumlar tətbiq etməklə yanaşı, mülki şəxslərə və şirkətlərə də vergilər tətbiq edib.

Mütəxəssislərin hesablamalarına görə, HƏMAS vergi, qəsb, sərhəd nəzarəti və anklavı idarə etmək üçün digər vasitələrlə ildə təxminən 350-630 milyon dollar qazanıb.

“Vergilər HƏMAS-ın maliyyələşdirməsinin ən böyük hissəsini təşkil edir”,- Kanadanın “Insight Threat Intelligence” qrupunun prezidenti Cessica DEvis deyib.

Onun sözlərinə görə, vergilərin ardınca Qətərdən gələn 180 milyon dollar, İrandan 100 milyon dollar məğləbində ianələr və müxtəlif mənbələrdən investisiyalar (20 milyon dollar) gəlib.

Müxtəlif hesablamalara görə, İran qrupun ən böyük xeyriyyəçilərindən biri olaraq qalır. Ekspertlər iddia edirlər ki, İranın dəstəyi ildə 70-120 milyon dollar arasında dəyişir (o cümlədən, silahların tədarükü, silahlıların təlimi və s.).

“İran bu vəsaiti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri vasitəsilə təmin edir və bu pul çox güman ki, birbaşa HƏMAS-ın silahlı qanadı olan Əl-Qəssam Briqadalarına gedir”, - deyə Cessika Devis bildirib.

Qətərə gəlincə, ölkə 2018-ci ildə Qəzza zolağına aylıq ödənişlər etməyə başlayıb və bir çox mənbənin təsdiqlədiyi kimi, İsrailin icazəsi ilə işçilərin maaşlarını ödəmək, humanitar yardım göstərmək və Qəzzada sosial xidmətlərin idarə edilməsi üçün “nağd çamadanlar” çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru