Avropa Şurası: “Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü olaraq qalır” - ŞƏRTLƏR YERİNƏ YETİRİLDİKDƏ NÜMAYƏNDƏ HEYƏTİ ASSAMBLEYAYA QAYIDA BİLƏR

25-01-2024, 08:36           
Avropa Şurası: “Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü olaraq qalır” -
Avropa Şurası Azərbaycanın bu qurumun Parlament Assambleyasındakı nümayəndə heyətinin mandatının 1 illik təsdiqlənməməsi ilə bağlı bəyanat yayıb.

Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna göndərilən bəyanatda deyilir ki, bu qərara səbəblərdən biri Dağlıq Qarabağın bütün erməni əhalisinin Ermənistana qaçmasına və “etnik təmizləmə” iddialarına səbəb olan 2023 hərbi əməliyyatı olub.

Qərarda, həmçinin Azərbaycan Assambleya ilə əməkdaşlığın olmaması ilə bağlı bir sıra misallar, o cümlədən onun monitorinqi üzrə məruzəçilərinin siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşünə icazə verilməməsi, onun qarşıdan gələn prezident seçkilərini müşahidə etməyə dəvət edilməməsinə istinad olunur:

“Seçkilərlə bağlı AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərləri rədd edilmişdi. Reqlamentdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdə, Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər. Bugünkü qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir”.

Qeyd edək ki, AŞPA-nın hər il sessiyasının açılış günündə milli parlamentlər öz nümayəndə heyətlərinin etimadnaməsini təqdim etməyə dəvət olunur. Azərbaycan Milli Məclisi on iki nəfərdən ibarət nümayəndə heyətinin etimadnaməsini təqdim edib. Bugünkü qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.