"Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır" - Azərbaycan XİN

5-02-2024, 08:24           
"Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır" - Azərbaycan XİN
"Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğu kimi aktualdır".

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib”, - paylaşımda qeyd edilir.

Bildirilir ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər mina partlayışının qurbanı olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru