Çexiyalının Ermənistandan Azərbaycana soxulmaq cəhdi: Sərhəddə insident ola bilər - TƏHLİL

6-02-2024, 09:38           
Çexiyalının Ermənistandan Azərbaycana soxulmaq cəhdi: Sərhəddə insident ola bilər - TƏHLİL
Azərbaycanın etibarlı hesab edilən informasiya mənbələri məlumat yayıblar ki, Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanılıb.
Hadisə son zamanlar Avropanın Ermənistanı Azərbaycana qarşı təxribat düşüncəli hərəkətlərə vadar etmək taktikaları fonunda diqqət çəkir.
Öncəliklə sual olunur ki, Çexiya vətəndaşının Azərbaycan-Ermənistan sərhədində nə işi var?
O, xüsusi tapşırıqlar əsasında kəşfiyyat missiyası ilə sərhədi keçməyə cəhd edib, yoxsa adi turist kimi gəzintiyi çıxaraq yolu azıb?
Bu suallara hər iki hal üzrə cavab dairəsini təyin edərkən onu canlandırmalıyıq ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində missiyası fəaliyyət göstərir.
Fransa hər vəchlə bu missiyanı Azərbaycana qarşı hərbi cəbhənin elementinə çevirməyə həvəslidir.
Düzü, bu missiyanın funksiya və vəzifələrinin legitim öhdəlikləri yerinə yetirib-yetirmədiyi onsuz da çox şübhəli idi.
Çünki o, bitərəflik prinsiplərini dəyişərək Ermənistanın maraqları üçün məşəl yandıran platforma olduğunu çoxdan sübut edib.
Məsələnin ardını Fransanın Azərbaycana kəşfiyyat müstəvisində uduzması, AŞPA-nın Bakı əleyhinə hərarəti fonunda gətirsək, deyə bilərik ki, sərhədi keçməyə çalışan şəxs məhz Parisin xeyir-duası ilə çətin relyefli ərazilərdən, dərə boşluqlarından keçərək kəşfiyyat müşahidəsi aparmaq istəyib.
Üstəgəl, qeyd olunan hadisə ilə bağlı informasiyalar Fransa Milli Jandarmasının xarici missiyalar üzrə komandanı, briqada generalı Uilyam De Meyer Ermənistana səfəri ilə üst-üstə düşdü.
Bu hissələrə əsaslaraq demək üçün əsas yaranır ki, Avropa İttifaqının monitorinq missiyası, Azərbaycan sərhədləri daxilində gizli gündəliklə kəşfiyyat imkanları yaratmaq niyyətindədir. Bunun ideya müəllifi isə əsasən Fransadır.
Azərbaycanın təhlükəsizlik mühitinin və sərhədlərdəki güclü nəzarətinin möhkəm vəziyyəti kəşfiyyat həmlələrini önləməyə imkan verir.
Lakin sərhəddə Azərbaycan əleyhinə kəşfiyyat fəaliyyətlərinin sonlanacağı ümidinə qapılmaq olmaz, böyük bir ehtimalla Ermənistanı yeni hərbi avantüraya hazırlamaq planları işlənilir.
Bu, sərhədin hansı nöqtəsində hərbi insidentlər yaşanacağı ehtimalını təsvir etməyə də imkan verir.
Ehtimalla Ermənistana təlimat verilir ki, Azərbaycan qoşunlarının 2022-ci ilin sentyabr döyüşlərində sərhəddə en və uzunluq üzrə irəliləyərək nəzarəti bərpa etdiyi əraziləri nəzərdən keçirsin.
Hesablama olar ki, əsasən Cermuk istiqaməti üzrə hərəkətliliyin olacağı istisna edilmir.
Ermənistan Cermukdan təxribat kanalı açmaq istəsə, Azərbaycanın buna cavabı daha sarsıdıcı ola bilər. Çünki Azərbaycan Ordusunun sərhəddəki mövqeləri daha əlverişlidir, üstəgəl təxribatın hərbi mənbəyini tapıb məhv etmək potensialı Bakı üçün asan işdir.
Aqşin Kərimov
TEREF: Xocanin Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.