İşsizliyin qarşısını almaq üçün: - Universitetə qəbul qaydası dəyişə bilər

7-02-2024, 12:38           
İşsizliyin qarşısını almaq üçün: -
Azərbaycan əhalisinin 2,3 milyon nəfərini (22,7%) gənclər təşkil edir.

Onlardan 52.7% şəhərdə, 47.3% kənddə yaşayır. Gənclik yaşında olanların 48.3% qadınlardır. Gənclərimizdən 71.9% nikaha daxil olub ki, onların da 17.5% boşanan gənc kişi, 37.9% boşanan qadın təşkil edir. Azərbaycanda məşğulluğu olan gənclərin təhsil səviyyəsinə gəldikdə isə 64,2 faiz tam və ya natamam orta təhsilli, 20,7 faiz ali təhsilli, 11, 2 faiz orta ixtisas təhsilli, 3,9 faiz isə peşə təhsillidir.

Qeyd edək ki, bu gün ölkədə məşğulluğu olan 20,7 faiz gənclərin öz ixtisası üzrə çalışdığı da sual altındadır. Ali təhsil almağa üstünlük verməyən gənclərin bir çoxu belə qənaətdədir ki, ali təhsil alanlar iş tapa bimir, o da tapa bilməyəcək.

Əgər hazırda məşğul gənclərin əksəriyyətini tam və ya natamam orta təhsilli gənclər təşkil edirsə, dövlət ali təhsilə niyə bu qədər vəsait xərcləyir? Digər tərəfdən, valideynlər ali məktəblərdə qəbul üçün repetitorlara niyə milyonlarıa vəsait ödəyir?

Təhsil üzrə ekspert Vüsal Kərimli “Cebhe.info”-ya bildirib ki, bu statistikanın əsas səbəblərindən biri kimi gənclərin hansı universitetlərin, hansı ixtisasların məzunu olduğuna diqqət yetirmək lazımdır:

“İllərdir ki, bazar araşdırması aparılmadan universitetlərə qəbul aparılıb. “Diplomlu insan ordusu” yaranıb ki, bazarda o peşələrə tələb yoxdur. Dünya artıq iş tapan yox, iş yaradan, yəni sahibkar ruhlu məzunlar yetişdimərk məsələsi üzərində iş aparır. Bu gün artıq dünya universitetlərində tələbə-məzun, sahibkarlar, startapçılar hazırlayırlar. Ölkəmizdə də son dövrlərdə universitetlərdə yarışlar keçirməklə sahibkar ruhunda tələbələr yetişdirməyə çalışırlar.

Ümumilikdə isə 20 faiz statistikası doğrudur. Çünki bazar araşdırmaları aparılmadan müxtəlif ixtisaslar açılır. İxtisaslar açılanda da uyğun proqramlar, heyətin zəif olması, plansızlıq tələbələrin məzun olduqdan sonra iş tapmamasına səbəb olur. Məsələn, bu gün “Kitabxanaçılıq” kimi bəzi ixtisaslara tələbat yoxdur. Ona görə də bu ixtisasdan məzun olanlar sabah nə işlə məşğul olacaqlar? Yaxud “Regionşünaslıq” ixtisasından məzun olan tələbə nə işin yiyəsi olacaq? Bazarda ona tələb varmı? Bu kimi ixtisaslar var ki, zamanında bir dalğa kimi tələbat yarandı, ixtisaslar açıldı, ancaq indi tələbat yoxdur, ixtisaslara qəbul isə davam edir”.

Həsöhbətimzi bildirib ki, bunun üçün Elm və Təhsil Nazirliyi və aidiyyəti qurumlar ixtisaslara diqqət yetirməlidir:

“Bəzi lazımsız ixtisaslarla vidalaşmaq lazımdır. Bu gün bazarda tərcüməçiyə nə qədər tələbat var? Hazırda bütün universitetlərdə “Tərcüməçilik” ixtisası var. Bazarda ona tələbat varsa, neçə faizdir? Bütün bunlar üçün bazar araşdırması olmalıdır. Digər tərəfdən isə məzunlar elə düşünürlər ki, onlar məzun olan kimi iş tapacaqlar. Əslində isə özləri düşünməli, yaxud da ixtisaslarına görə işləməlidirlər.

Bakalavr təhsili həyatda sağ qalmaq, müəyyən məsələlərdə fikir bildirmək, müəyyən sahə üzrə tam əhatəli bilikdir. Magistr dərəcəsi üzrə təhsil onu tamamlayır. Ancaq bu gün ali məktəbə qəbul olan tələbəyə 15 ixtisas seçimi imkanı verilir. Belə hallarla çox qarşılaşırıq, məsələn, tələbə deyir ki, filan ixtisasa düşmək istəmirdim, ancaq balım buraya çatdı. Belə ixtisas seçmək olmaz, sabah o məzunun iş həyatı necə olacaq?”

O bildirib ki, “işsizlər ordusunun” yaranması ali məktəblərə qəbuldan, karyera planlamasından başlayır:

“Karyera planlaması şagirdlərə orta məktəbdən verilməlidir. Əgər abituriyent iqtisadçı olmaq istəyirsə, əsaslandırmalıdır ki, niyə bu ixtisası seçir. Bizdə hamı hüquqşünas, vəkil, polis, qızlar isə müəllim olmaq istəyirlər. Çünki karyera planlaması yoxdur, gələcəkdə hansı peşənin sahibi olmaqla bağlı təsəvvürləri yetərli deyil.

Yalnız valideynlər yönləndirir. Mən illər öncə təklif etmişdim ki, tələbələr DİM imtahanından bal toplasınlar, sonra isə universitetlərə mütaciətlər etsinlər, motivasiya xarakterli məktiblar yazsınlar ki, niyə bu ixtisaslarda oxumaq istəyirlər. Bunu anonim də etmək mümkün idi. Nədənsə bu məsələ hələ də öz həllini tapmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.