TƏCİLİ XƏBƏR GƏLDİ: Azərbayaycan hər an bu 4 kəndə GİRƏ BİLƏR
12-03-2024, 07:04
Ermənilər Qazaxın işğal altında olan Yuxarı Əskipara kəndinə “ekskursiya” təşkil etməyi planlaşdırır. Bu barədə Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsi məlumat yayıb.
Vurğulanıb ki, guya “ekskursiya”nın məqsədi Yuxarı Əskiparanın gözəl təbiəti və tarixi-mədəni yerləri ilə tanış olmaqdır. Qanunsuz fəaliyyət göstərən qruplaşma bununla həm də “Ermənistan vətəndaşlarının istənilən ərazilərə sərbəst hərəkət etmək hüququnun olduğunu göstərmək” niyyətindədir.
Nəzərə alaq ki, Qazaxın 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) 1990-cı ildən bugünədək erməni işğalı altındadır. Azərbaycan ərazilərinə bu cür “səfər”lərin təşkil olunması qeyri-qanunidir və Ermənistanın növbəti riyakarlığının göstəricisidir. Görünən odur ki, bizim həmin kəndlərin boşaldılması barədə Ermənistana etdiymiz çağrışlar arxa plana atılaraq, həmin ərazilərə “ekskursiya” təşkil edilir.
Bəs bu kəndlərlə bağlı nə baş verəcək? Azərbaycan Qazaxın 7 və Naxçıvanın Kərki kəndini hərbi yolla azad edəcək, yoxsa danışıqlar davam edəcək?
Məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu Referans.az-a açıqlamasında deyib ki, söhbət hazırda əsas 4 kənddən gedir:
“Danışıqlar hələki davam edir, amma artıq Azərbaycan ötən gün sərt açıqlama ilə də çıxış etdi ki, kəndlər geri qaytarılacaq. Söhbət əsas 4 kənddən gedir. O, kəndlər anklav deyil, yəni Ermənistanın içində deyil, amma Azərbaycanın digər rayonlarına bitişikdir. Orada heç ermənilər də yaşamır. Ermənistan üçün strateji əhəmiyyəti də yoxdur. Məqsəd aydındır, yəni Ermənistandakı müəyyən qruplar başa düşürlər ki, o kəndlərlə bağlı Azərbaycan qəti qərar veribsə, istənilən zaman ordumuz o kəndlərə daxil ola bilər”.
Politoloq qeyd edib ki, Ermənistan o kəndlərə görə, müharibəyə başlamağa risk etməz. Onun sözlərinə görə, onların etdiyi təxribatdır və danışıqların aparıldığı bir zamanda bu davam edərsə, Azərbaycan daha qısa müddətdə həmin 4 kəndə daxil ola bilər.
Hərbi ekspert, polkovnik Şair Ramaldanov redaksiyamıza bildirdi ki, Azərbaycan öz mövqeyini bildirib, tələb və şərtlərini irəli sürüb:
“Bu şərtlər və tələblər beynəxlaq normalara tam şəkildə cavab verir. Azərbaycan hələki o kəndləri nə hərb, nə də sülh yolu ilə azad etməyib. Buna görə də, hazırda onlar öz çirkin işlərinə davam edirlər və kəndlərimiz azad olunana qədər də davam edəcəklər. Belə olduğu halda Azərbaycan lazımi tədbirləri görərək öz addımlarını atacaq. Kəndlər məsələsi gündəmdədir. Bu kəndlərin həlli məsələsində iki yol var. Bunlardan biri sülh müqaviləsi ilə, digəri isə delimitasiya və demarkasiya yolu ilə azad olunmasıdır”.
Polkovnik bildirib ki, Azərbaycan üçün güc variantı ən son varinatdır, biz sülhə köklənmişik. Onun sözlərinə görə, bu məsələləri Ermənistanla sülh yolu ilə həll etməyə çalışırıq, amma hər bir halda Azərbaycan lazım olan bütün addımları atmaq gücünə sahibdir.