Hakan Fidan Zəngəzur dəhlizindən danışıb

15-03-2024, 11:42           
Hakan Fidan Zəngəzur dəhlizindən danışıb
Ötən 4 il ərzində beynəlxalq və regional böhranlar olub.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib.

"Eləcə də bu illər ərzində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olub”, - XİN rəhbəri vurğulayıb.

Hakan Fidan qeyd edib ki, ölkələr arasında əməkdaşlığı irəli aparmaq üçün lazımi müzakirələr aparılıb: "Biz hər bir məsələdə əlimizdən gəlməyi etməyə hazırıq".

Nazir COP29-a ev sahibliyi münasibətilə ölkımizi təbrik edib: "Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir. Bu mənada, Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik".
Mənbə: apa.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru