Ermənistan Rusiyaya göbəyindən deyil də, boğazından bağlıdır, göbək bağını kəsmək olar, ...

17-03-2024, 09:45           
Ermənistan Rusiyaya göbəyindən deyil də, boğazından bağlıdır, göbək bağını kəsmək olar, ...
Rusiya-Ermənistan sözlü “davası” yenə qızışıb, yenə qarşılıqlı olaraq ritorika sərtləşib, amma mən öz fikrimdə qalıram – Ermənistan Rusiyaya göbəyindən deyil də, boğazından bağlıdır, göbək bağını kəsmək olar, amma boğazdan bağlı olanda nə qədər çox çırpınsalar, bir o qədər çox boğulacaqlar. Ona görə də, Ermənsitan küskündür, inciyib, Kremlə olan inamları sarsılıb, amma gedəsi yerləri yoxdur, sadəcə incikliklə daha çox kömək və dəstək qazanmağa çalışırlar.
Hə, onu da deyim ki, Ermənistanda belə bir anti-rusiya ovqatını yaradan Azərbaycan, ölkəmizin Türkiyə ilə qurduğu müttəfiqlik əlaqələri oldu, Kremli neytrallaşdıran həmlələr nəticə etibarı ilə Cənubi Qafqazda Rusiyanı xeyli zəiflətdi. Ermənistan da ayıldı, yüzillərlə Moskvaya təhvil verdikləri təhlükəsizlik konsepsiyasının dağıldığını gördülər. İrəvanın Kremldən qopması, hələ ki, mümkün deyil, amma Kremlin Cənubi Qafqazda zəifləməsi artıq faktdır. Bunu bütün dünyada ağllı təhlilçilər görür, yazır, danışır, amma bizdə bəzi içiboşlar və marginallar bu yeni reallığı anlaya, qavraya bilmirlər, ya da, cığallıq edirlər.
Amma sözümün canı başqadır – Azərbaycan dövləti olaraq Rusiya-Ermənsitan münasibətlərinə aydın mövqeyimiz belə olmalıdır ki, özünüz bilərsiz, xətanızı bizdən uzaq edin, sizin ailəiçi davanızda biz yoxuq, bir-birinizi sevsəniz də, boğsanız da bizə bunun isti-soyuğu yoxdur. Kreml İrəvana cəza kəssə də özü bilər, sevsə də – biz bu işdə yoxuq. Vəssalam....
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.