Müəllimlərin istənilən rayona mümkün yerdəyişmələri barədə RƏSMİ CAVAB + VİDEO
24-04-2024, 08:31
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi başladı. Bakı, Sumqayıt və Abşerona yerdəyişmə mümkün olmayacaq. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə bu gün saat 11:00-da start verilib.
Proseslə bağlı “Xəzər Xəbər”ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, yerdəyişmə prosesində son işlədiyi təhsil müəssisəsində üç ildən artıq çalışan müəllimlər iştirak edirlər.
Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.
Məlumat üçün bildirək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında da ilk dəfə olaraq həyata keçiriləcək. Naxçıvanın MR Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər.
Müvəqqəti qaydalara əsasən, hərbçi və şəhid ailə üzvlərinin iş yerinin dəyişdirilməsi prosesi ildə bir dəfə nazirlik tərəfindən həyata keçiriləcək.